Icma.az
close
up
RU
Parlamentdə İsa Qəmbər, Əli Kərimli, maaş və daha nələrdən danışıldı…

Parlamentdə İsa Qəmbər, Əli Kərimli, maaş və daha nələrdən danışıldı…

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Hurriyyet.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib. Toplantıda əsas gələn ilin büdcə zərfi müzakirə olunub.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib ki, hər il büdcənin gəlir və xərcləri artır. İqtisadiyyatın həcmi böyüyür:

“Bu, müsbət tendensiyadır. Ümumi daxili məhsulun həcmində 3,5 artım qane etməməlidir. Qarşıda həllini gözləyən iri maliyyə tutumlu işlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn ciddi qərarların qəbuluna böyük ehtiyac var. Müdafiə və təhlükəsizlik, hüquq mühafizə orqanlarının əməkdaşlarına, dövlət qulluqçularına layiqli qədər əmək haqqı verilmir.
Korrupsiyaya qarşı effektiv mübarizəni təşkil etmək, qanunların aliliyini və mülkiyyət toxunulmazlığını təmin etməklə əlverişli biznes mühiti yaratmaq lazımdır. İnkişafımızın qarşısında duran əsas problemlərdən biri olan bürokratik dövlət aparatı kiçildilməli bunun hesabına əmək haqqı artırılmalıdır.
Digər narahat edən məsələlər maaşın azlığı ilə bağlıdır. Belə ki, küçədə işləyən şəxslərə 450 manat maaş verilir. Onlar dəfələrlə mənə yaxınlaşıb, bu məsələni Milli Məclisdə qaldırmağımı təklif edirlər”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə qəzalı məktəb və bağşa probleminə toxunub. O bildirib ki, torpaqlarımız işğal altında qalmasaydı, indi bir dənə də qəzalı məktəb, bağça olmazdı:

“Azərbyacanın beynəlxalq əhəmiyyətli tədbirlərini gözü götürməyən şəxslər Fransada, başqa yerlərdə Azərbaycanı iqtisadiyyatı zəif, sosial problemləri olan dövlət kim göstərməyə çalışırlar. Bu gün Azərbaycanda olan problemlərin səbəbkarları elə ABŞ və Fransa kimi dövlətlər, Əli Kərimli, İsa Qəmbərlərdir. Onlar torpaqlarımızın düşmənə verilməsinə səbəb olublar. ABŞ və Fransa 30 ildə Ermənistanın işğalına qarşı çıxmadı, əksinə onları dəstəklədilər. 30 il Azərbaycan 1 milyon qaçqına sosial yardım edib, yataqxanalar tikilib. İşğal olmasaydı, qaçqın və köçkünlərin sosial mühitinə vəsaitlər xərclənməsəydi, bir dənə də qəzalı məktəb, bağça qalmazdı. İşğaldan azad olunan ərazilər əkilər, becərilər ölkəyə məhsul verərdi. Bu həqiqətləri düşmənlər yaxşı bilsələr də, əhalinin sosial durumunu, iqtisadiyyatı barədə yalan məlumatlar verirlər. Amma vətəndaşlarımız reallığı daha yaxşı bilir”.

Deputat Aqil Abbas isə çıxışı zamanı qeyd edib ki, Qarabağın xatirinə bir müddət məktəbsiz, qazsız qala bilərik:

“Qarşımızda çıxış edən nazirlər nə Norçevin, nə də Almaniyanın nazirləridi. Onlar müharibədən çıxan ölkənin nazirləriydi. Nazirlər hər şeyi hesablayır. Hamı şikayət edir ki, su yoxdur, qaz yoxdur, bir müddət yolsuz, məktəbsiz, qazsız qala bilərik. İndi Qarabağ tikilir. Ağdamda 60 minlik şəhər tikilir, 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir. Ermənilər Azərbaycana 800 milyardlıq zərər vurub. Allah bilir, neçəyə bərpa ediləcək. Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa bir az da dözün. Biz də evimizə qayıtmaq istəyirik. Mən Ağdama qayıtmaq istəyirəm”./Tribunainfo.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri