Icma.az
close
up
RU
Parlamentdə kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib

Parlamentdə kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Parlamentdə kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin dövriyyəyə daxil olması ilə bir çox şəxslərin şəxsi məlumatları onların kompüterlərindən oğurlanır, sonradan isə şantaj halları baş verir.

Deputat qeyd edib ki, bu, ciddi mənəvi-psixoloji sarsıntılara səbəb olur: “Bu normaların sanksiyaları sərtləşdirilməlidir. Mən ümumiyyətlə cəzaların sərtləşdirilməsinin tərəfdarı olmamışam. Amma həmişə demişəm ki, əgər hər hansı cinayət növündə ciddi artım müşahidə olunursa, o zaman müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır. Dünyada da bu praktikadan istifadə olunur. Buna görə cəzalara yenidən baxmalıyıq. Həm də ona görə baxmalıyıq ki, BMT-də qəbul olunmuş kibercinayətkarlığa qarşı konvensiyanı ratifikasiya etmişik. Həmin konvensiyanın ikinci hissəsinin 2-ci bəndində göstərilir ki, “serious crime” – yəni ağır cinayət anlayışı 4 il və daha artıq azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan hallara şamil olunur. Bizim Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə isə ağır cinayətlər 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllərdir. Eyni zamanda Konstitusiyanın 151-ci maddəsinə əsasən beynəlxalq müqavilələr qanunlardan üstün hüquqi qüvvəyə malikdir və ziddiyyət yarandıqda beynəlxalq müqavilələr tətbiq olunur. Əgər 4 il və daha artıq azadlıqdan məhrumetmə cəzası ağır cinayət hesab olunursa, deməli, Cinayət Məcəlləmizi bu qanunvericiliyə uyğunlaşdırmalıyıq. Əgər konvensiyanı ratifikasiya etmişiksə, qanunvericiliyimizi də uyğunlaşdırmalıyıq. Normativ hüquqi aktlar haqqında qanuna görə terminlər eyni cür qəbul və tətbiq edilməlidir. Yəni “ağır cinayət” anlayışını iki fərqli formada qanunvericilikdə saxlaya bilmərik”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, kibercinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi mövqeyi indi hüquq ictimaiyyətində mövcuddur: “İndi kibercinayətlər və onun formaları artıb. Ona da adekvat bu fikir meydana çıxıb. Qüdrət müəllimin ideyasını bölüşürük, amma onun tətbiqi barədə düşünmək lazımdır. Tərəflərlə, müvafiq qanunvericilik subyekti ilə bu məsələ müzakirə olunmalıdır. Yanaşma doğrudur, yanaşmanı bölüşürük”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri