Icma.az
close
up
RU
Parlamentdə qanun dəyişiklikləri

Parlamentdə qanun dəyişiklikləri

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Milli Məclisin Regional məsələlər və Aqrar siyasət komitələrində geniş müzakirələr aparıldı. İclaslarda Əmək Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, “Yaşayış minimumu haqqında” qanuna, həmçinin bir sıra əlaqəli normativ aktlara dəyişiklikləri əhatə edən geniş qanunvericilik paketi nəzərdən keçirildi.

Məsafədən iş rəsmi status alır

Regional məsələlər komitəsində keçirilən müzakirələrin əsas məqsədi əmək və sosial sahədə qanunvericiliyin beynəlxalq standartlara, xüsusilə də Beynəlxalq Əmək Təşkilatının tələblərinə uyğunlaşdırılması, sosial dialoq mexanizmlərinin institusional gücləndirilməsi, habelə yeni əmək reallıqlarının – məsafədən (distant) iş, ailə vəzifələri və əlavə məzuniyyətlərin – hüquqi çərçivəyə daxil edilməsi olub. Müzakirə edilən yeniliklərdən biri Əmək Məcəlləsinə “məsafədən (distant) iş” anlayışının əlavə olunmasıdır.

Təklifə əsasən, işçinin əmək funksiyasını işəgötürənin xammal və istehsal vasitələrindən istifadə etməklə öz evində və ya digər uyğun məkanda məsafədən yerinə yetirməsi xüsusi hüquqi status kimi Məcəllənin 3-cü maddəsinə daxil edilir. Bununla da Əmək Məcəlləsinin qüvvəsi evdən və distant qaydada çalışan əmək müqaviləsi olan işçilərə də tam şəkildə şamil olunur.

Yaşayış minimumu ilə bağlı yeni metodologiya

Komitənin iclasında “Yaşayış minimumu haqqında” qanuna təklif olunan dəyişikliklər də geniş şəkildə müzakirə edildi. Yeni redaksiyada minimum əməkhaqqının məzmunu daha geniş sosial-iqtisadi meyarlarla əlaqələndirilir. Təklifə görə, minimum əməkhaqqının müəyyənləşdirilməsi ölkənin iqtisadi inkişaf səviyyəsi, əmək məhsuldarlığı, aylıq orta əməkhaqqı, milli valyutanın alıcılıq qabiliyyəti, sosial müavinətlərin həcmi, əsas sosial-demoqrafik qruplar üzrə yaşayış minimumu göstəriciləri və məşğulluğun qorunması kimi göstəricilər nəzərə alınmaqla “ixtisassız əməyə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsi” kimi müəyyən edilir.

14 günlük atalıq məzuniyyəti

Əhəmiyyətli sosial yeniliklərdən biri kimi uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi təklifi də gündəmdə oldu. Layihəyə görə, bu məzuniyyət tibb müəssisəsinin arayışı əsasında, doğuşdan əvvəl və sonra olan dövrü əhatə etməklə qanunvericiliyə salınacaq.

İşdən azad olunma ilə bağlı yeni qaydalar

Komitənin iclasında işçilərin işdən azad olunması hallarına dair yeni mexanizmlər də müzakirəyə çıxarıldı. Təklif olunan dəyişikliklərə əsasən, icbari tibbi müayinə nəticəsində verilən tibbi rəydə işçinin əmək funksiyalarını yerinə yetirməsinə əks göstərişlər müəyyən edilərsə, həmin işçi işdən azad oluna bilər. Bununla yanaşı, işçinin əməyin mühafizəsi üzrə təlimdə iştirakdan və biliyinin yoxlanılmasından imtina etməsi, eləcə də əmək vəzifələrinin pozulması faktının araşdırılmasına maneçilik göstərməsi də işdən azad olunma üçün əsas kimi nəzərdə tutulur.

Dəyişiklik paketi həmçinin işçinin işdən kənarlaşdırılması müddətinin müəyyən edilməsi qaydasını dəqiqləşdirir. Belə ki, bu müddət hər bir konkret halın xarakterinə, həmin halın işdən kənarlaşdırma dövründə aradan qalxmasına və ya davam etməsinə, habelə bu prosesin işçidən asılı olub-olmamasına uyğun olaraq işəgötürən tərəfindən müəyyən ediləcək. İşəgötürən, zəruri hesab etdikdə, işçinin işdən kənarlaşdırılması barədə əmri (sərəncamı və ya qərarı) müddətindən əvvəl ləğv etmək səlahiyyətinə malik olacaq.

Məzuniyyət zamanı maaş azalmayacaq

Digər tərəfdən, aparılan müzakirələrdə bildirildi ki, işçilərin məzuniyyətdə olduğu müddətdə əməkhaqqı azaldıla bilməyəcək. Digər tərəfdən, komitədə aparılan müzakirələr zamanı qeyd olundu ki, işçilərin məzuniyyətdə olduğu dövrdə onların əməkhaqqı azaldıla bilməz. Layihəyə əsasən, məzuniyyət müddətində işçinin iş yeri və vəzifəsi (peşəsi) saxlanılır, habelə bu Məcəllədə nəzərdə tutulan hallarda son aldığı əməkhaqqından az olmamaqla, orta əməkhaqqı təmin edilir. Bu dövrdə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi və işçiyə intizam tənbehinin tətbiqi də yolverilməz sayılır. Məzuniyyətdə olduğu müddət əmək stajına, həmçinin ixtisas stajına daxil edilir.

Əmək məzuniyyətinə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri kimi nəzərə alınmır və ödənilmir. Lakin məzuniyyətin ümumi müddəti bu günlərin sayı qədər artırılır. Qurban və Ramazan bayramları digər iş günü hesab olunmayan bayramlarla üst-üstə düşdükdə və bu tarix əmək məzuniyyəti dövrünə təsadüf etdikdə, həmin üst-üstə düşən günlər bir gün kimi hesablanır.

46 gün məzuniyyət hüququ

Eyni zamanda layihə xüsusi xidmətləri ilə seçilən digər kateqoriyalar üzrə də 46 təqvim günlük minimum məzuniyyət hüququ müəyyənləşdirir. Bu sıraya Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər; 20 Yanvar hadisələri ilə bağlı əlilliyi müəyyən edilmiş işçilər; hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı xəsarət alanlar; Çernobıl AES-də xidmətlə bağlı əlilliyi olan şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər; döyüş əməliyyatları aparılan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş işçilər; habelə adıçəkilən dövlət təltiflərinin daşıyıcıları daxildir. Bu bütün kateqoriyalar üzrə əmək məzuniyyəti minimum 46 təqvim günündən az olmayacaq.

İclasda həmçinin 20 sentyabr – Dövlət Suverenliyi Gününün iş günü hesab edilən bayramlar siyahısına daxil edilməsi barədə dəyişiklik müzakirə olunub. Təklif olunan düzəlişlə həmin gün iş günü hesab edilən bayram kimi rəsmiləşdirilir və mövcud bayram günləri paketinə əlavə olunur.

Regional məsələlər komitəsinin iclasında müzakirə edilən digər yeniliklərdən biri təcrübəçilər və əcnəbi işçilərlə müddətli əmək müqaviləsi bağlanması qaydalarının genişləndirilməsi oldu. Təklif edilən dəyişikliklərə əsasən, müddətli əmək müqaviləsi imzalanmasına icazə verilən hallar artırılır. Belə ki, artıq təhsilalanların istehsalat təlimi və təcrübə keçməsi zamanı, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi əsasında ölkədə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduğu hallarda tərəflər arasında müddətli əmək müqaviləsi bağlana biləcək. Bununla yanaşı, qanunvericilikdə müəyyən edilən digər xüsusi hallarda da bu mexanizmdən istifadə olunması mümkün olacaq.

İstixana, quyu, müvəqqəti tikililər üçün də icazə

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun icrasından irəli gələn tələblərlə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər müzakirə olundu.

Təklif olunan dəyişikliklərə əsasən, Azərbaycanda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə verilməsi mexanizmi yenidən nəzərdən keçirilir. Layihə tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısından kənd təsərrüfatı təyinatlı tikililərin çıxarılmasını nəzərdə tutur. Bununla yanaşı, sənəddə kənd təsərrüfatı təyinatlı torpaqlarda quyuların, istixanaların, eləcə də tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin inşası zamanı da tikinti icazəsinin alınmasının vacibliyi xüsusi olaraq qeyd edilir.

Beləliklə, həm Regional məsələlər, həm də Aqrar siyasət komitələrində təqdim olunan dəyişikliklər paketi əmək münasibətlərindən tutmuş sosial təminat mexanizmlərinə, minimum əməkhaqqının hesablanma metodologiyasından kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti qaydalarına qədər geniş spektri əhatə edir. Təklif olunmuş yeniliklər əmək bazarında şəffaflığı artırmağı, işçilərin sosial müdafiəsini gücləndirməyi, institusional əmək münasibətlərini beynəlxalq standartlara uyğunlaşdırmağı və həm şəhərsalma, həm kənd təsərrüfatı sektorlarında nizam-intizamı möhkəmləndirməyi hədəfləyir. Bu dəyişikliklərin qəbulu ümumi qanunvericilik sistemində daha müasir, daha sosialyönümlü və daha funksional normativ çərçivənin formalaşmasına xidmət edəcək.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri