Parlamentdə sektor müdiri təyin edildilər
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin Aparatında yeni təyinat baş tutub.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, parlament Aparatının Məxfi sənədlərlə iş sektoruna yeni müdir təyin edilib.
Bu vəzifəyə İlhamə Turabova gətirilib. Hüquqşünaslıq ixtisasına malik dövlət qulluqçusu "Dövlət qulluğunda fərqlənməyə görə" və “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib.
İ.Turabova 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) Hüquq idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2024-cü ilin may ayında bu vəzifədən azad edilib.
Parlamentin İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsinə isə Azər Aqil oğlu Səmədov təyin edilib.
35 yaşlı Azər Səmədov daha əvvəl vəkil kimi fəaliyyət göstərib. O, Vəkillər Kollegiyasının 18 saylı vəkil bürosunun üzvü olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:97
Bu xəbər 29 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















