Parlamentdə yeni təyinatlar
Anews portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin Məxfi sənədlərlə iş və Mülki hüquq qanunvericiliyi sektorlarına yeni müdir təyin edilib.
İxtisasca hüquqşünas olan İlahə Turabova Milli Məclisin Məxfi sənədlərlə iş sektoruna təyinat alıb.
O, 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) Hüquq idarəsinin rəisi vəzifəsində çalışıb, 2024-cü ilin mayında bu vəzifədən azad edilib. Turabova "Dövlət qulluğunda fərqlənməyə görə" və "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib.
Parlamentin İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsinə isə Azər Səmədov təyin edilib.
35 yaşlı Azər Səmədov Vəkillər Kollegiyasının 18 saylı vəkil bürosunun üzvü olub və vəkil fəaliyyəti ilə məşğul olub.
Gülnar Nazimqızı
www.anews.az
Baxış sayı:106
Bu xəbər 29 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















