Icma.az
close
up
RU
Parlamentdəki saqqallı uşaqlar

Parlamentdəki saqqallı uşaqlar

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyada yeni bir ideya ortaya atılıb: məktəbdə bir sinifdə yalnız bir nəfər miqrant uşağı təhsil ala bilər.

Bu haqda Rusiya Dövlət Dumasının deputatlarının təhsil naziri Sergey Kravtsova məktubu var. Yazıblar ki, uyğun görülsə, bununla bağlı qanunvericiliyə dəyişiklik hazırlansın və sair.

Əsl mağara təfəkkürüdür. Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev miqrantlara çağırış etmişdi ki, Rusiyaya gələndə ailələrini gətirməsinlər.

Əlbəttə, hər bir ölkənin öz miqrasiya siyasəti var. Bu da Rusiyanın siyasətidir.

Amma bir sinifdə bir miqrant uşağı ola bilər deyə qayda qoymaq... Nə bilim! Bu qədər də olar yəni?!

Bu, bilirsiniz, hansı absurda qədər gedib çıxa bilər?! Deyim: bir gündə bir mağazadan sadəcə bir miqrant alış-veriş etsin, bir restoranda gün ərzində bir miqrant yemək yesin. İctimai tualetə isə, ümumiyyətlə, miqrant girə bilməz...

Rusiya nə günlərə gəldi?!

Çox maraqlıdır. Miqrant ölkənin ən qara, ağır, çirkli işlərində, zərərli-zəhərli istehsalatda çalışsın, amma onun ailəsini öz yanına gətirmək imkanı olmasın, uşağını məktəbə qoya bilməsin. Heyrət!

Rusiyanın öz rəsmiləri, ziyalıları, ictimai xadimləri və "siyasi xadimə"ləri hər gün hay-küy, vay-şüvən salır ki, ölkədə əhali azalır, rus ailələrində doğum faizi aşağı düşür. Kəndlər, qəsəbələr boşalır. Məktəbdə oxutmağa kifayət qədər şagird yoxdur; siniflər boş qalır və sair. Amma bu yandan da deyirlər, miqrantların uşaqlarını məktəbin həndəvərinə belə buraxmaq olmaz. Ancaq bir uşaq oxuya bilər.

Sual olunur: bəs qalan uşaqlar necə olsun?! Küçələrdə salfet satsın?!

Rusiya Dövlət Dumasında, Rusiya hökumətində oturan "saqqallı uşaqlar", deyəsən, heç işin bu tərəfini düşünmürlər.

Ya da, ümumiyyətlə, düşünmürlər.

Hərçənd "Duma" sözünün kökü düşünməkdən (думать) gəlir...

Seyid Əhmədli, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri