Parlamentə ictimai nəqliyyatda həssas təbəqələrə güzəşt təklif edilib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisdə ictimai nəqliyyatda qiymətlərin tənzimlənməsi və Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişin daşınması məsələsi qaldırılıb.
APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, hər bir ölkədə ictimai nəqliyyatın tənzimləməsi ən önəmli məsələdir.
“İctimai nəqliyyatda qiymətlərin artmasının iqtisadi cəhətdən əsaslandırıla bilər, ancaq sosial cəhətdən həssas təbəqənin hansı formada bundan yaralana bilməsi nəzərə alınmalıdır. Tələbələrin, şəhid ailələrin, təqaüdçülərin bundan necə istifadə etməsi hələdə problum olaraq qalır. Türkiyədə bələdiyyə avtobuslarında təqaüdçülər heç bir ödəniş etmirlər. Digər tərəfdən, hava limanından daşınma məsələsinin indiyə qədər çözülməməsi böyük problem yaradır. Hava limanından gəlmək üçün alternativ yoxdur. Təsəvvür edin ki, Naxçıvandan yoxsul bur adam təyyarə ilə Bakıya 50-60 manata gəlir, üstəlik 30-40 manat verərək Bakıya gəlməlidir”, - deyə deputat qeyd edib.


