Parlamentin 8 komitəsində büdcə müzakirə ediləcək
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Milli Məclisdə büdcə müzakirələri davam edir.
Gununsesi.info xəbər verir ki, bu gün parlamentin 8 komitəsində gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri, Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrində “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə ediləcək.
Qeyd edək ki, ötən gün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni ilk oxunuşda müzakirə edib.
Baxış sayı:108
Bu xəbər 19 Noyabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















