Icma.az
close
up
RU
PARLAMENTİN AĞAMALI NƏSİROV “FACİƏSİ”... Yaxud deputaların Mehdiyevin “prinsipləri” ilə seçilməsinin acı nəticəsi

PARLAMENTİN AĞAMALI NƏSİROV “FACİƏSİ”... Yaxud deputaların Mehdiyevin “prinsipləri” ilə seçilməsinin acı nəticəsi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Kiçik partiyalarla “siyasi evcik-evcik oyunu” nə vaxta qədər davam edəcək?

Son günlər Fəzail Ağamalının partiyası (dərnəyi) ətrafında baş verənlər tragikomik təsir bağışlamaqla yanaşı, həm də ibrətamiz xarakter daşıyır. Ağamalı bu baş verənləri “bir ata kimi mənim faciəm” adlandırsa da, təəssüf ki, bu “faciə” sadəcə, bir şəxs kimi onun deyil, dərnək ölçülü partiyalar hesabına yaradılmış süni daxili partiyalararası siyasi mübarizə mühitinin faciəsi, bəlkə də fiaskosudur...

Bu, onun göstəricisidir ki, kiçik partiyaların deputat mandatı ilə birgə xüsusi mülkiyyət, “obyekt” kimi bir nəfərin ixtiyarına verilməsi, sonra da onların vasitəsilə parlamentdə və ondan kənarda siyasi mübarizə, rəqabət görüntüsü yaradılması taktikası özünü doğrultmur, əksinə, bu cür ikrah doğuran fəsadlar yaradır...

Hələ hazırkı parlament seçiləndə onun bir hissəsinin “vərəsəlik prinsipi” əsasında formalaşdırılması cəhdlərinin eybəcər nəticələr verəcəyi barədə çoxsaylı xəbərdarlıqlar olmuşdu. Buna baxmayaraq, eks-millət vəkilləri Fəzail Ağamalı, Əhməd Vəliyev və Tahir Süleymanovun övladları parlamentə salınaraq, bir növ atalarının mandatı onlara “dədə malı” kimi peşkəş edildi. İndi isə bunun acı nəticələrini tək seçici yox, Ağamalının timsalında övladını parlamentə “dürtənlər”in özləri də görməkdədir...

Ağamalının övladlarının onun partiyasını “ata malı kimi” sivil, normal şəkildə bölüşdürə bilməməsi, bu zaman qarşılıqlı ittihamlara və hətta bir-birinə qarşı “donoslara” əl atması “siyasi evcik-evcik oyunu”nu xatırladan bu mühitdə ailədaxili münasibətlərin, milli, mənəvi dəyərlərin belə nə dərəcədə deqradasiyaya uğradığını göstərir.

Eynilə də deputat Elmar Nəsirovun qızı ilə bağlı yaranan qalmaqal, onun qızının dediyi adi həqiqətləri min yerə yozaraq, “radikal müxalifətin əməli” kimi təqdim etməsi və bunu millətə “yedizdirməyə” çalışması da bu mənəvi çürüklüyün daha bir təzahürüdür...


Görün məsələ nə yerə çatıb ki, Fəzail Ağamalı bir növ öz doğma oğlu barədə “Ulu öndərimiz haqda indi fikir söyləyir, prezidentimizə tərif söyləyir utanmadan. Bəs siz bu günə qədər onun dövlət, dövlətçilik, milli ideyalarımız haqqında bir yazısına rast gəlmisiz?” deməklə, ondan “donos verir”.

Yəni, belə çıxır ki, oğul atası ilə şəxsi söhbətlərində heç də hakimiyyət barədə üzdə olduğu kimi danışmayıb. İndi isə ata bundan öz oğluna qarşı istifadə edərək, “donosçuluq” edir. Doğrusu, bu, Ağamalının ata kimi faciəsindən daha çox, oğlu Elçinin oğul kimi faciəsidir...

Bu adam öz balaca partiyasında, eləcə də oğlu və qızı arasında belə ədaləti qoruya, ədalətli qərar verə və saxtakarlıqdan, yalandan vaz keçə bilmir. Beləsindən ölkə miqyasında – parlamentdə haqqa, ədalətə, qanuna, xalqın maraqlarına xidmət gözləmək nə dərəcədə ağlabatandır? Bunun ağlabatan olmadığını və bu cür davranışların onun üçün yad olmadığını Ağamalı zatən özünün parlamentdəki fəaliyyəti ilə dəfələrlə sübut edib...


Bu, təkcə ata və oğulun deyil, həm də millətin faciəsidir ki, belə adamlar 6 çağırış - 30 il ona (guya) vəkillik edib. Təbii və təəssüf ki, parlamentimizdə gəlmiş keçmiş belə deputatların sayı-hesabı yoxdur...

Bütün bunların kökündə parlamentin formalaşmasında uzun illər söz sahibi olmuş və bu gün xəyanətkar olduğu ortaya çıxan Ramiz Mehdiyevin qoyduğu “prinsiplər”, onun parlamentə salınacaq şəxslərin müəyyənləşdirilməsi “qaydası” dayanır. Hansı ki, son seçkilərdə də parlament yenə bu “prinsiplər” əsasında formaslaşdırıldı. 

Bu “qayda və prinsiplər”in yumşaq desək, qüsurlu olmasının nəticəsidir ki, partiya adlanan kiçik bir dərnəyin 30-40 nəfərlik “qurultayı”nın, hətta doğma qardaşının belə lider kimi qəbul etmədiyi Ağamalının qızı üç böyük rayonu birləşdirən 65 saylı Salyan-Neftçala-Biləsuvar Seçki Dairəsinin 52 min seçicisi adından parlamentə deputat kimi təyin olunub. Hansı ki, o yerə yerli camaatın daha yaxşı tanıdığı və etimad göstərdiyi, layiq bildiyi, yaxud ölkə çapında tanınan hansısa ziyalı namizədlərdən biri düşə bilərdi. Amma göründüyü kimi, “seçim sistemi və kriteriyaları” buna imkan vermir...

Odur ki, bu gün həm Ağamalılar ailəsində və partiyasındakı olaylar, həm də Elman Nəsirovla bağlı baş verənlər bu parlamentə seçiləcək namizədlərin siyahısını hazırlayanların, onları tövsiyə edənlərin “əsəri”dir. Bu “seçimləri” edənlər həmin adamların kimliyinə də, həyat prinsipləri və mənəviyyatına da çox yaxşı bələddirlər. Amma buna baxmayaraq, məhz belələrini parlamentə salırlar, seçimlərini onların üzərində saxlayırlar.

Təəssüf ki, bu siyahıları hazırlayıb təqdim edənlər öz “iş prinsipləri”ni dəyişməyincə, parlamentdə “Mehdiyevin şinelindən çıxanlar” və “vərəsəlik hüququ” ilə mandat alanlardan ibarət “fraksiya” öz varlığını saxlayacaq...

Cəlal Məmmədli

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see223

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see210

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri