Parlamentlərarası İttifaqın Baş katibi “Azərkosmos”u və Şamaxı Cümə Məscidini ziyarət edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Şamaxı, 7 may, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Şamaxı rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə qonaq “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub. Qonağa ölkəmizdə kosmik sahənin qurulması və inkişafı, Azərbaycanın kosmik imkanları barədə məlumat verilib.
Sonra Şamaxıya gələn Baş katib rayonun görməli yerləri ilə tanış olub. Şamaxı Cümə Məscidində qonaq bu qədim abidənin tarixi, onun memarlıq və arxeoloji baxımdan əhəmiyyəti barədə məlumatlandırılıb.
Səfər çərçivəsində qonaq Şamaxı şəhərində yerləşən və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Yaradıcılıq Mərkəzində də olub. PAİ-nin Baş katibi Martin Çunqonqa mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Müxbir- Rəşad Türkoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 May 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















