Icma.az
close
up
RU
Parlamentlərarası İttifaqın prezidenti: “COP29 yüksək səviyyədə təşkil edilib”

Parlamentlərarası İttifaqın prezidenti: “COP29 yüksək səviyyədə təşkil edilib”

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə PAİ arasında əməkdaşlıq, Bakıda keçirilən COP29-un əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
COP29-un yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirən qonaq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qonaqlarla ayrıca görüşməsi, onları dinləməsi və göstərilən diqqət yüksək qiymətləndirilir. PAİ prezidenti göstərilən qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına təşəkkürünü ifadə edib. O, xüsusilə kiçik ada dövlətlərinin səsinin COP29-da eşidilməsinə şərait yaradıldığı üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da danışılıb.
Qeyd edilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ən həssas olan ölkələrdir. Bu baxımdan COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsi, Prezident İlham Əliyevin tədbirdə əhatəli çıxışı və bu dövlətlərə verdiyi dəstək mühüm əhəmiyyətə malikdir.
Qonaq Azərbaycanın COP29 sədrliyinin uğurlu olacağına, bu çərçivədə görülən işlərin öz bəhrəsini verəcəyinə inamını ifadə edib.
Görüşdə Azərbaycan Milli Məclisi ilə Tanzaniya Milli Assambleyası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see146

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see146

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see138

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see136

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see132

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see132

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see131

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see127

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see126

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see122

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see120

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see119

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see115

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see114

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri