Icma.az
close
up
RU
Partiya sədri Prezidentin çıxışından danışdı

Partiya sədri Prezidentin çıxışından danışdı

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu gün dünya miqyasında idmanın yüksək inkişaf səviyyəsində olduğu ölkələrdən biri də Azərbaycandır. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin bu sahəyə şəxsən göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, hazırda Azərbaycanda dövlət siyasətinin mühüm prioritet istiqamətlərindən biri də məhz idman sahəsidir”.

Qaynarinfo bildirir ki, bunu Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib. O, qeyd edib ki, müasir gəncliyin formalaşmasında və inkişafında idman aparıcı rollardan birinə malikdir:

"Təsadüfi deyil ki, ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxış edən cənab Prezident İlham Əliyevin nitqində də bu sahə əsas diqqət çəkən istiqamətlərdən biri kimi qeyd olunub. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Bu fikir idmanı yalnız nəticə yönümlü sahə deyil, cəmiyyətin gələcəyini müəyyən edən strateji vasitə kimi təqdim edir. Əlbəttə ki, belə praqmatik yanaşmada idman fiziki sağlamlıqla yanaşı, mənəvi kamillik və sosial məsuliyyət anlayışları ilə vəhdət təşkil edir”.

Partiya sədri daha sonra bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması bu gün Azərbaycan dövlətinin xüsusi diqqət ayırdığı sahələrdən biridir:

"Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha qeyd edir ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri də gəncləri fiziki və mənəvi cəhətdən sağlam, milli-vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu kontekstdə idman artıq sadəcə yarış meydanı deyil, həm də milli kimliyin və vətənə bağlılığın möhkəmləndiyi mühüm platforma kimi təqdim olunur.

Çıxışda tamamilə doğru qeyd olundu ki, gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməlidir. Bu fikir idmanın ideoloji mahiyyətini açıq şəkildə ifadə edir. Məhz bu vəhdət gəncliyin və nəticə etibarı ilə ölkənin davamlı və daimi inkişafının təminatı kimi çıxış edə bilər. Həmçinin beynəlxalq yarışlarda Dövlət Bayrağının dalğalanması ilə bağlı səsləndirilən fikirlər idmanın milli qürur mənbəyi olduğunu göstərir.

Bu məqamı xüsusi olaraq diqqət mərkəzinə çəkən cənab Prezident İlham Əliyevin dediyi kimi, hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda hər birimiz qürur hissi keçiririk. Beş il əvvəl əldə olunmuş tarixi Qələbədən sonra idmançıların "müzəffər xalqın nümayəndələri” kimi çıxış etməsi onların üzərinə düşən məsuliyyəti daha da artırır. Əminliklə deyə bilərik ki, idman gənclərin həm fiziki, həm də mənəvi gücünü formalaşdıran, dövlətçilik şüurunu möhkəmləndirən mühüm siyasi və sosial institut kimi çıxış edir”.

Adəm İsmayıl Bakuvi rəhbərlik etdiyi Vəhdət Partiyasının da siyasətində önəmli yer ayrıldığını bildirib:

"Əlbəttə ki, Azərbaycan gəncliyinin həm fiziki, həm də mənəvi cəhətdən sağlam formalaşmalarında idmanın önəmli rolu nəzərə alınaraq, bu strateji sahəyə diqqət və qayğı göstərmək təkcə dövlətin deyil, həm də bütün cəmiyyətin, xüsusilə də ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatların üzərinə düşən mühüm vəzifədir.

Bu baxımdan deyə bilərəm ki, Vəhdət Partiyasının həyata keçirdiyi siyasi kursun dövlətçilik ənənələrimizin möhkəmləndirilməsinə, Azərbaycan dövlətinin daha da güclənməsinə xidmət edən əsas istiqamətlərindən biri də məhz idmanın inkişafına dəstək göstərilməsini nəzərdə tutur. Hazırda partiyamızın nəzdində bir idman klubu fəaliyyət göstərir. Təkcə bu il partiyanın xətti ilə 3 idman tədbiri keçirilib və yekun nəticələrə uyğun olaraq idmançılar mükafatlandırılıblar. Əminəm ki, ölkədə fəaliyyət göstərən ictimai-siyasi təsisatlar idmanımızın inkişafına önəmli töhfələr verə bilərlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Dekabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri