Icma.az
close
up
RU
Partiya sədrindən Eldar Əzizova SƏRT sözlər: “Bəs sən 7 ildir nə ilə məşğulsan?”

Partiya sədrindən Eldar Əzizova SƏRT sözlər: “Bəs sən 7 ildir nə ilə məşğulsan?”

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

REAL Partiyasının sədri Natiq Cəfərli Bakı şəhər icra iakimiyyətinin başçısı Eldar Əzizovun tunellərdə hərəkətin məhdudlaşdırılması ilə bağlı təklifinə münasibət bildirib.

O, sosial şəbəkə hesabında paylaşımla merin fikirlərinə sərt şəkildə etiraz edib və bir sıra suallar səsləndirib.

Tribunainfo.az xəbər verir ki, Natiq Cəfərli Eldar Əzizovun “güclü yağışlar zamanı tunellərin su altında qalmasının qarşısını almaq üçün hərəkət məhdudlaşdırılsın” təklifini tənqid atəşinə tutub:

“Eldar Əzizov deyir ki, 2 ildən sonra Bakının su-kanalizasiya sistemi düzələcək, amma bu dövrdə, təxminən 750 gün ərzində güclü yağış yağsa, tunelləri, keçidləri qapadacaqlar ki, 21-ci əsrdə, şəhərin mərkəzində insanlar tunellərdə boğulub ölməsinlər.”

REAL sədri merin bu açıqlamasının ardınca bir neçə mühüm və məntiqli sual da ortaya qoyub:

“Eldar müəllim 2018-ci ildən Bakı meridir – bəs keçən 7 ildə bu problemi niyə həll etmədi?
Bakı Şəhər İcra Hakimiyyətinin su və kanalizasiya sisteminə nə aidiyyəti var? Mer “Azərsu”ya göstəriş verə bilərmi?
BŞİH, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tunellərlə bağlı əmr verə bilərmi?
BŞİH-nin Bakı təsərrüfatını idarə edən 14-ə yaxın mərkəzi dövlət qurumuna hər hansı səlahiyyəti varmı?
Əgər bu qədər səlahiyyətsizdirsə, Eldar Əzizov nəyə əsasən deyir ki, problemi 2 ilə həll edəcək?”.

N. Cəfərli həmçinin bildirib ki, Bakı şəhəri bir mərkəzdən idarə olunmalıdır və bunun üçün seçkili “Böyük Şəhər Bələdiyyəsi” formalaşdırılmalı, mer vəzifəsi təsis edilməlidir:
“Dəfələrlə bu haqda demişik, bir də təkrar edək: Bakı şəhəri vahid, seçilmiş mərkəzdən idarə olunmalı, səlahiyyət və məsuliyyət bir mərkəzdə toplanmalıdır.”

Qeyd edək ki, Eldar Əzizovun tunellərlə bağlı təklifi son günlər sosial şəbəkələrdə də geniş müzakirələrə və tənqidlərə səbəb olub.

Nigar İxtiyarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri