Icma.az
close
up
RU
Partiyalar hazırda nə işlə məşğuldur? SORĞU

Partiyalar hazırda nə işlə məşğuldur? SORĞU

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, yanvarın 29-da ölkəmizdə bələdiyyə seçkiləri baş tutdu. 2024-cü il isə Prezident və parlament seçkiləri ilə yadda qaldı. Əgər növbədənkənar seçkilər təşkil olunmasa, yaxın 4 ildə hər hansı seçkinin keçirilməsi nəzərdə tutulmur.
Belə olan halda isə partiyaların yaxın bir neçə ildəki fəaliyyətləri gündəmə gəlir. Doğrudur, partiyaların işi təkcə seçkilərdən ibarət deyil. Ancaq istənilən halda seçkilər partiyaların fəaliyyətinin əsas istiqaməti hesab olunur.
Görəsən, seçki keçirilməyən dövrdə partiyalar nə işlə məşğuldur?
AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizim.Media-ya bildirib ki, partiya strukturlarını gələcək seçkilərə hazırlıqlara kökləməklə məşğuldurlar: 

“Partiya fəaliyyəti davamlı olaraq onu tələb edir ki, seçkinin bitməsindən sonra növbəti seçkiyə hazırlıq prosesi başlasın. Partiyamızda seçkilər yekunlaşandan bir müddət sonra onun nəticələri müzakirə mövzusu olur, zəif və güclü tərəflərimizi müzakirə etməklə yanaşı, növbəti seçkilərlə bağlı məsələyə də start veririk. İki dəfə Azərbaycanda növbədənkənar seçkilər keçirilib. Cəmiyyətdə həmçinin referendumun keçiriləcəyilə bağlı müzakirələr də gedir. Ona görə də istənilən halda partiya seçkilərə hazır olmalıdır. Əsas məsələ də strukturlarımızı bu hazırlığa kökləməkdir. Gələcək seçkilərdə daha güclü namizədlərlə iştirak məsələsi hər zaman gündəmdədir”.
Sədrin dediyinə görə, təşkilatı məsələlər də hər zaman diqqət mərkəzindədir:
“Yeni üzvlərin qəbulu, strukturların genişlənməsi hər zaman gündəmdədir. Beynəlxalq əlaqələrimizi də genişləndiririk. Apreldə İspaniyada Avropa Xalq Partiyasının növbəti qurultayıdır. Ora dəvətliyik. Mayda isə Brüsseldə üzv olduğumuz Beynəlxalq Demokrat İttifaqının növbəti qurultayına dəvətliyik. Bütövlükdə partiya fəaliyyətimiz mütəmadi xarakter daşıyır. Seçkilərarası dönəmdə də partiyanın fəaliyyəti gündəmdə olur. Eyni zamanda, KİV-lərdə müxtəlif məsələlərə münasibət bildiririk”.
“Seçki olmayan dövr üçün də fəaliyyə planımız mövcuddur”
Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev isə deyir ki, qarşıya qoyulan fəaliyyət planına uyğun hərəkət edirlər:
“Siyasi partiyalar təkcə seçki dönəmində deyil, ondan sonrakı dönəmdə öz fəaliyyətlərini genişləndirmək üçün ölkə həyatındakı digər siyasi hadisə və proseslərə hazır olmaqla davamlı olaraq partiya strukturları daxilində tədbirlər keçirməlidir. Seçkidən sonrakı dövrdə də partiyanın fəaliyyət planına uyğun olaraq müxtəlif fəaliyyətlə məşğul oluruq. Yəni seçkinin olmadığı dövr partiya üçün heç də fəaliyyətsiz dövr kimi təsəvvür edilməməlidir.
Əksinə, seçkidən sonrakı dövrdə həmin hadisədə partiyanın fəaliyyətinin uğurlu və uğursuz tərəfləri təhlil edilir. Bu baxımdan Ümid Partiyası nizamnamədə qeyd edildiyi kimi, həm qurultay, həm də şəhər və rayon təşkilatlarında konfransların keçirilməsi üzrə hazırlıq işlərilə məşğuldur. Belədə, seçki olmayan dövrlərdə də partiyamızın kifayət qədər geniş, əhatəli fəaliyyət planı mövcud olur”. 
“Ölkədə, dünyada gedən proseslər partiyanın rəhbər orqanlarında müzakirə edilir”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev qeyd edir ki, hazırda rəhbərlik etdiyi siyasi qurum təşkilatı strukturları möhkəmləndirməklə məşğuldur:
“Partiyaların əsas vəzifəsi növbəti seçkilərə hazırlaşmaqdan ibarətdir. Bunun üçün də partiyamız hazırda təşkilatı strukturları möhkəmləndirməklə məşğuldur. Habelə parlamentdə müzakirəyə çıxarılan qanun layihələrilə bağlı üzvlərimizə məlumatlar verilir. Bundan başqa, ölkədə, dünyada gedən proseslər partiyanın rəhbər orqanlarında müzakirə edilir. Habelə, ölkənin müxtəlif sahələr üzrə inkişafı ilə bağlı partiya öz düşüncələrini, konsepsiyasını ortaya qoyur, yeniləyir”.  
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Mart 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri