Icma.az
close
up
RU
Partiyaların pulu niyə kəsilib? Açıqlamalar

Partiyaların pulu niyə kəsilib? Açıqlamalar

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyaların əksəriyyətinə bu il dövlət büdcəsindən vəsait ayrılmayıb.

Bu barədə Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyalara dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalar arasında bərabər bölünməlidir. 2025-ci ildə partiyalar üçün 6 milyon vəsait ayrılıb. Bu vəsaitin müvafiq olaraq 130 min manatı Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan 14 siyasi partiya arasında bərabər bölünməlidir.
Tural Abbaslı deyib ki, qanunun 25.2.4-cü və 25.2.5-ci maddələrinə uyğun olaraq siyasi partiyaya ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın bu qanunun 27-ci maddəsinə əsasən təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz: “Məhz bu ağır şərtə görə də Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyaların əksəriyyəti maliyyə yardımından məhrum olub. Məsələn, qazandığı səslərə görə bizim partiya dövlət büdcəsindən il ərzində 36 min manat maliyyə yardımı ala bilərdisə, bunun üçün 18 min manat ianə və üzvlük haqqı toplamalı idi. Bu şərti qeyd olunan 14 partiyanın əksəriyyəti təmin edə bilməyib, maliyyə hesabatlarında əsasən “0” göstərilib. Ancaq onu da qeyd edim ki, parlamentdə təmsil olunan partiyaların maliyyə yardımı alması üçün belə şərt yoxdur. Ona görə də biz Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalara münasibətdə də bu şərtin aradan qaldırılmasını zəruri sayırıq”.
Tural Abbaslı bu il həmin şərti yerinə yetirərək gələn il partiyalarına maliyyə yardımı ayrılmasına çalışacaqlarını da qeyd edib.
Xalq Partiyasının sədri Pənah Hüseyn APA-ya açıqlamasında qanunda qeyd edilən şərtlə bağlı bu il partiyalarına maliyyə vəsaiti ayrılmadığını söyləyib. Pənah Hüseyn də Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalara münasibətdə qeyd olunan şərtin ləğvini vacib sayıb.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya bildirib ki, qanunvericiliyin tələbinə əməl ediblər və partiyaya maliyyə vəsaiti ayrılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri