Icma.az
close
up
RU
Partiyanı oğluma necə verə bilərəm, o adam... Fəzail Ağamalı hər şeyi DANIŞDI

Partiyanı oğluma necə verə bilərəm, o adam... Fəzail Ağamalı hər şeyi DANIŞDI

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb.
Məlumata görə, qurultayda partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında gərginlik baş verib, mübahisənin hətta əlbəyaxa dava səviyyəsinə çatdığı bildirilir. SAVASHMEDİA.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlaqə saxlayıb. Fəzail Ağamalı əlbəyaxa dava iddiasını təkzib etsə də, oğlu Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini etiraf edib:
"Nə dava, elə şey olar, ayıb deyil? Elə bir şey olmayıb. Qurultayda gərginlik yaşandı, bu səbəbdən də qurultay işini qeyri müəyyən zamana qədər təxirə salıb. Növbəti qurultaya qədər isə partiyanın sədri mənəm" Partiyanın Mətbuat Xidmətinin Elçin Ağamalının sədr seçilməsi ilə bağlı yaydığı məlumata isə Fəzail Ağamalının reaksiyası belə olub: "O, necə sədr seçilə bilər ki? Mən istefa verməmişəm.  Ana Vətən Partiyasının Mətbuat Xidməti fəaliyyət göstərmir, o necə belə bir məlumat yaya bilər. Oğlumun niyə belə etdiyinin səbəbini bilmirəm. Bu, mənim üçün ən ağrılı məsələlərdəndir. Onunla dəfələrlə söhbət etmişdim. Düzdür, onun müəyyən zaman kəsiyində müəyyən xidmətləri olub, amma bu adam 2016-cı ildən sonra partiya ilə əlaqələrini tamamilə kəsmişdi. 2020-ci ildə ona partiya işində fəal iştirak etməyə dəvət etsəm də, bundan imtina etdi. Amma son bir ildə birdən-birə ortaya çıxdı və ayrı-ayrı mövzularla bağlı çıxışlar edir". 
Fəzail Ağamalı oğlunun 2024-cü ilə qədər hansısa fəaliyyətinin olmadığını bildirib:  "Amma nədənsə indi iddiasını ortaya qoyub ki, sədr olmalıdır. Axı partiyada xidmətləri ondan da çox olan partiya üzvləri var. Niyə sədr onlar yox, bu olmalıdır? Mənim oğlum olduğuna görə? Mən belə şeyi qəbul etmirəm. Övlad, ailə başqa şeydir, siyasət və partiya idarəçiliyi başqa. Mən qurultayda da Elçinə dedim ki, səni övlad kimi çox sevirəm və oğlum kimi hər əziyyətinə dözməyə hazıram, amma sənin bugünkü yanaşman doğru deyil. İndi əgər o özünü sədr elan edibsə, bu artıq ciddi qanun pozuntusudur". Müsahibimiz 2029-cu ilə qədər partiya sədri səlahiyyətlərinin özündə olduğunu deyib:  "Mən növbəti, 2029-cu ildə baş tutacaq qurultaya qədər sədr səlahiyyətlərini özümdə saxlayıram. Çünki qurultaydakı ab-hava xoşuma gəlmədi. İllərlə mənimlə çiyin-çiyinə gələn şəxslərin qurultaydakı anlaşılmaz mövqeləri məndə təəccüb yaratdı. Gördüm ki, burada nəsə xoşagəlməz proseslər gedir və qurultayda fasilə elan etmək məcburiyyətində qaldım. Qurultayda akkreditasiya olunmamış qonaqlar və çəkiliş qrupları vardı. Biz onlardan soruşanda ki, siz niyə buradasınız, cavab verdilər ki, bizi Elçin müəllim dəvət edib. Bunun da üstünü vurmadım, dedim, eybi yox. İstədim ki, qurultay işinə davam etsin. Amma Elçin özünün qeyri-məhdud ambisiyalarını, iddialarını ortaya qoyanda qərar verdim ki, qurultay bu şəkildə davam edə bilməz. Oğlumun partiya sədri olmağa mənəvi haqqı çatmır. O, 2016-cı ildən partiya ilə bütün əlaqələrini kəsmişdi. Sadəcə aparat rəhbəri kimi hərdən gəlib-gedirdi. Ona çox dedim, qulaq asmadı, axırda onu əmrlə partiyanın aparat rəhbəri vəzifəsindən də çıxartdım. O, siyasətdə özünü tapmayan adamdır, mən partiyanı ona necə verə bilərəm? Özünə də demişəm ki, siyasətdə gərək qatarın dalınca qaçmayasan, qatarın içində olasan".
Partiya sədri növbəti sədr namizədinin isə qızı Günay Ağamalı olduğunu etiraf edib:  "Qızım partiya sədrliyinə tam hazırdır və buna layiqdir. Qızımın fəaliyyəti ilə yaxından tanış olanlar da mənim bu fikrimlə razılaşar".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri