Icma.az
close
up
RU
Partiyasını dəyişən deputatlar ADLAR

Partiyasını dəyişən deputatlar ADLAR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Deputatın partiya mənsubiyyəti parlament fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etməsə də, onun siyasi mövqeyinin və ictimai təmsilçiliyinin əsas göstəricilərindən biri hesab olunur. 
Bəzi hallarda partiya dəyişiklikləri ideoloji uyğunsuzluq, siyasi platformaların yenilənməsi və ya təşkilati dəyişikliklərlə əlaqələndirilir. Başqa bir yanaşma isə fərdi siyasi strategiya ilə bağlanılır. Bu cür məqamlar hüquqi baxımdan normaldır, ancaq siyasi sistem daxilində müzakirə mövzusu olaraq qalır. Və bu tendensiya bütün ölkələrdə var.
Azərbaycanda partiyasını dəyişən siyasətçilər, deputatlar az deyil. Modern.az saytı partiyasını dəyişən deputatlarla bağlı araşdırmanı təqdim edir:


VII çağırış Milli Məclisin deputatı Elşad Musayev 1992-2000-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü - baş katibi olub. O, 2003-cü il mayın 11-dən Böyük Azərbaycan Partiyasının sədridir.

Rasim Musabəyov Doğru Yol Partiyasının üzvü olub. O, DYP yeni yarandıqda partiyanın sədri Tamerlan Qarayevin müavini, 1994-1995-ci illərdə isə Doğru Yol Partiyasında sədr səlahiyyətlərini icra edən şəxs olub. 1995-ci ildə bu qurum Musavat Partiyasına birləşib. Rasim Musabəyov bir müddət müsavatçı kimi fəaliyyət göstərib. O, Müsavat Partiyası Divanının üzvü olub. O, 2010-cu il parlament seçkilərindən sonra Müsavatla yollarını ayırıb. Hazırda parlamentin bitərəf deputatı kimi fəaliyyət göstərir. 

Asim Mollazadə 1993-2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının xarici məsələlər üzrə sədr müavini postunu tutub. 2005-ci ildə  AXCP-dən istefa verib və Demokratik İslahatlar Partiyası yaratdığını elan edib. A.Mollazadə 2005-ci il iyulun 4-də yeni partiyanın təsis qurultayında sədr seçilib. 

Fazil Mustafa 1995-ci ildə Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  “islahatçılar” qanadında Əli Kərimli ilə birgə fəaliyyət göstərib. 1998-ci ildən sonra Əli Kərimli ilə yollarını ayırıb və partiyanın “klassiklər” qanadı tərəfə keçib. 
2000-ci ildə AXCP sədri Əbülfəz Elçibəy vəfat edəndən sonra partiya bölünüb. Nəticədə Fazil Mustafa Mirmarmud Mirəlioğlunun sədri olduğu Klassik Xalq Cəbhəsi Partiyasına keçib. O, bir müddət “klassiklər”in sədr müavini olub. Bir müddət sonra hərbi xidmətə göndərilən Fazil Mustafa geri qayıtdıqdan sonra partiyada qalıb. 2003-cü ildəki prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbəri dəstəkləyən Fazil Mustafa seçkilərdən sonra yeni yaratdığı Böyük Quruluş Partiyasının başqanı seçilməklə konstruktiv müxalifətə keçdiyini bəyan edib. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib.

Zahid Oruc 1992-ci ildən 15 avqust 2013-cü ilədək sabiq deputat Fəzail Ağamalının yaratdığı və rəhbərlik etdiyi Ana Vətən Partiyasında sədrin siyasi məsələlər üzrə müavini vəzifəsini icra edib. Deputat 2013-cü ildən siyasi fəaliyyətinə müstəqil olaraq davam etdirir.

Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cəbhəsi Partiyası yaranandan 2002-ci ilə qədər Rəyasət Heyətinin üzvü olub. AXCP daxilindəki gərginliklər və onun bölünməsi nəticəsində Q.Həsənquliyev patiyadan çıxaraq 2002-cü ildə Birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasını yaratdığını bəyan edib. Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyası adı üzərində problemlərin həll olunmayacağı anlaşıldıqdan sonra dövlət qeydiyyatı ilə bağlı yaranmış problemin həlli məqsədilə 2004-cü ildə yeni konfrans çağrılıb. 3 aprel 2004-cü ildə Qüdrət Həsənquliyebv Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis konfransını keçirib və orada sədr seçilib.
16 mart 2024-cü ildə partiya adını dəyişərək Ədalət, Hüquq, Demokratiya Partiyası olub. 

Əziz Ələkbərli bir müddət Ana Vətən Partiyasında sədrin müavini vəzifəsini icra edib. Hazırda isə o, Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Musa Qasımlı 2005-ci ilədək Musavat Partiyasında fəaliyət göstərib. O, hazırda Milli Məclisdə vitse-spiker kimi fəaliyyət göstərir və siyasi fəaliyyətinə bitərəf olaraq davam etdirir. 

Razi Nurullayev də partiyasını dəyişərək, yeni partiya yaradan deputatlar arasındadır. O, 2009-cu ilin sentyabr ayının 15-dən 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olub. 19 avqust 2015-ci ildə AXCP-də Əli Kərimlidən narazı qüvvələr sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib. 2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev AXCP adından imtina edib və yeni Milli Cəbhə Partiyasını təsis edib və hazırda bu qurumun sədridir.

Elçin Mirzəbəyli 2000-ci ilin əvvəlinə kimi Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olub. 2002-ci ildə o, Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına keçib. E.Mirzəbəyli 2004-2013-cü illərdə bu partiyada sədrin beynəlxalq məsələlər üzrə müavini, 30 aprel 2018 -16 mart 2024-cü illərdə ictimai-siyasi məsələlər üzrə müavin vəzifələrində çalışıb. 16 mart 2024-cü ildə keçirilən qurultayda partiyanın adı dəyişdirilib və Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılıb. O, həmin vaxtdan ƏHD Partiyası sədrinin ictimai-siyasi məsələlər üzrə müavini olub.
29 sentyabr 2025-ci ildə Elçin Mirzəbəyli ƏHD Partiyasından xaric olunub.  

III çağırışdan Milli Məclisdən təmsil olunan Sabir Hacıyev 1999-cu ildən eksprezident Ayaz Mütəllibovun rəhbərliyilə təsis edilən Vətəndaş Birliyi Partiyasının üzvü olub. O, Partiyanın katibi İqbal Ağazadənin vəziəsindən ayrılmasından sonra bu vəzifəni icra edib. Lakin 2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi barədə qərar qəbul ediləndə S.Hacıyev bununla razılaşmayaraq partiya rəhbərliyini ələ alıb. Vətəndaş Birliyi Partiyası 22 may 2023-cü ildə özünü buraxma qərarı verib və beləliklə, Sabir Hacıyev bitərəf siyasətçi olaraq fəaliyyətinə davam etdirib.

Hazırda bitərəf deputat kimi fəaliyyət göstərən Məzahir Əfəndiyev  1994-1995-ci illərdə Azərbaycan Naminə Alyans Partiyasında təmsil olunub. 

Deputat Mübariz Qurbanlı əvvəllər - 1992-1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) təmsil olunub. 1993-cü ilin sentyabrında bir qrup AMİP-çi ilə partiyadan çıxıb. AMİP-dən istefa verən həmin qrup Azərbaycan Demokratik İstiqlal Partiyasını (ADİP) yaradıb. Lakin Mübariz Qurbanlı ADİP-də də qalmayıb. 
O, ADİP-dən çıxaraq Yeni Azərbaycan Partiyasına keçib və artıq uzun illərdir hakm partiyada təmsil olunur. 
Nəsib Məhəməliyev bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının Balakən Rayon Təşkilatının sədr müavini olub, sonra istefa verərək Yeni Azərbaycan Partiyası sıralarına daxil olub.

Əli Məsimli uzun müddət Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunub və rəhbər strukturlarda çalışıb. Sonraılar AXCP-dən çıxan Əli Məsimlinin yeni partiya təsis etmək cəhdi uğurlu olmayıb. O, 2005-ci ildən sonra Azad Demokratlar Birliyi Partiyasını təsis etmək niyyətilə təşkilat komitəsi yaradıb. Lakin bu istiqamətdəki fəaliyyəti istənilən səviyyədə olmayıb.
Qeyd edək ki, AXC hakimkiyyəti zamanı baş nazir əvəzi olan Əli Məsimli 2000-ci ildə "klassiklərlə" bir yerdə AXCP-dən gedənlərdən biri idi. 2005-ci ildə "YeS" blokunun namizədi kimi seçkilərə qatılan Əli Məsimli deputat mandatı qazana bilib. O, hazırda parlamentdəbitərəf deputat təmsil olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Yanvar 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1776

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see242

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see234

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see225

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see216

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see216

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see197

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see193

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see191

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see180

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see177

İkinci qəbul imtahanı asan olmayacaq AÇIQLAMA

27 İyun 2026 17:23see176

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see175

Sənədsiz evlər problemi necə həll olunacaq? AÇIQLAMA

27 İyun 2026 12:11see174

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see170

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see170

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see168

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see167

Meksika Ekvador: DÇ 2026 da daha bir 1/16 final cütü

28 İyun 2026 04:15see159

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri