“Partlayıcının ABŞ istehsalı olduğunu göstərən izlər aşkarlanıb”
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Serbiya Hərbi Təhlükəsizlik Agentliyi (VBA) Serbiya və Macarıstanı birləşdirən strateji qaz kəmərində planlaşdırılan diversiya aktının qarşısının alındığını açıqlayıb.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, VBA direktoru Djuro Yovaniç xarici vətəndaşın qaz infrastrukturunu partlatmağı planlaşdırdığını bildirib.
Agentlik rəhbərinin sözlərinə görə, çağırış yaşlı miqrantlardan ibarət qrup üzvlərindən birinin qaz kəmərinə qarşı sabotaj cəhdi barədə əvvəlcədən kəşfiyyat məlumatları daxil olub:
“Ərazidə tapılan partlayıcı maddələrin üzərində onların ABŞ istehsalı olduğunu göstərən izlər aşkarlanıb”.
Xatırladaq ki, bu gün Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığı zamanı qaz kəmərindən cəmi bir neçə yüz metr aralıda güclü partlayıcı qurğu və detonatorların tapıldığını bəyan etmişdi. Bu hadisədən sonra Macarıstan tərəfi qaz kəmərinin öz ərazisindən keçən hissəsini hərbi mühafizəyə götürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 05 Aprel 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















