Partlayış kinostudiyanın anbarında baş veribmiş Mədəniyyət Nazirliyi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyi kinostudiyanın ərazisində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, partlayış Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda qeydə alınıb.
“Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir.
Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub. Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq”, - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 27 İyun 2025 07:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















