Icma.az
close
up
RU
PAŞA Bank Best Private Bank mükafatına layiq görülüb

PAŞA Bank Best Private Bank mükafatına layiq görülüb

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” nüfuzlu “Global Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks 2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb. 2024-cü ildə də eyni nominasiyada qalib olan Bank yüksək gəlirli şəxslərə göstərdiyi müstəsna maliyyə xidmətlərinə görə bu mükafatla təltif olunub.

“PAŞA Bank”ın özəl və fərdi bankçılıq üzrə baş direktoru Aqşin Mirzəzadə bildirib ki, “CustomerFirst” yanaşması Bankın fəaliyyətinin mərkəzində duran əsas prinsipdir. "PAŞA Bank"ın təkrarən laureatlar siyahısında olması onun müştərilərinə fərdi bankçılıq sahəsində dayanıqlı və yüksək səviyyəli xidmət təqdim etdiyini sübut edir. 

“Bankımızın “CustomerFirst” təşəbbüsü və müştəri mərkəzliliyi həmişə uğurumuzun təməl dəyəri olub. Bu baxımdan, dünyanın ən yaxşı özəl bankları arasında yer almaq “PAŞA Bank”ın növbəti nailiyyətidir. Müştərilərimizin ehtiyacları və arzuları hər zaman bizim üçün prioritet təşkil edir. Biz, yüksək gəlirli şəxslərin unikal ehtiyaclarını anlamağa davam edərək, onların maliyyə uğurlarını və uzunmüddətli rifahını təmin etmək üçün çalışırıq,” - deyə, Mirzəzadə qeyd edib.

Özəl və fərdi bankçılıq üzrə baş direktor bildirib ki, Bank “CustomerFirst” müştəriyönümlü yanaşmasını daha da gücləndirərək mükəmməl, innovativ və etibarlı bank təcrübəsi yaratmağa davam edəcək.

Mükafata, 1 iyul 2023-cü il və 30 iyun 2024-cü il tarixləri arasındakı dövrdə yüksək gəlirli müştərilərin xüsusi ehtiyaclarını ən yaxşı şəkildə qarşılamağı bacaran banklar layiq görülüb. Mükafatların təqdimatı mərasimi 19 mart 2025-ci il tarixində Nyu-Yorkda keçirilib.

Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur və son illər ərzində bir sıra fərqli məhsullarla bazarda çıxış edib.  Həmin ildən etibarən özəl bankçılıq seqmentində beynəlxalq təcrübəni təqdim edir, müştərilərə üst səviyyə xidmət və premium məhsulları, o cümlədən Azərbaycanda və ölkə xaricində investisiya, sərvətin idarə edilməsi, hər bir müştəri üçün risk profilinə uyğun xüsusi hazırlanmış xidmətləri ilə bazarda daim seçilir. Fəaliyyəti nəticəsində əldə etdiyi uğurlara görə fərqli illərdə “PASHA Private Banking” nüfuzlu beynəlxalq mükafatlar, o cümlədən “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı” və “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.

“PASHA Private Banking” xidmətləri haqqında ətraflı məlumat almaq və təklif etdiyi üstünlüklərdən və imtiyazlardan yararlanmaq üçün bu linkə keçid edin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://banco.az
archiveBu xəbər 03 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri