“Paşa Bank Gürcüstan” nə qədər mənfəət əldə edib? Gürcüstan banklarının siyahısı
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
2025-ci ildə Gürcüstanda fəaliyyət göstərən banklar rekord səviyyədə mənfəət əldə ediblər.
Yeniavaz.com Gürcüstan Milli Bankının açıqladığı məlumatlara istinadən xəbər verir ki, bank sektorunun ümumi xalis mənfəəti 3,3 milyard larini (1 milyard 262 milyon dollar) ötüb.
Bu göstərici əvvəlki illə müqayisədə 7% çoxdur.
Ölkədə fəaliyyət göstərən 19 kommersiya bankından 15-i ili mənfəətlə, 4 bank isə zərərlə başa vurub. Mənfəət reytinqində “Bank of Georgia” liderliyini qoruyub. Bank 2025-ci ili 1,6 milyard lari (595 milyon dollar) xalis mənfəətlə tamamlayaraq ilk pillədə qərarlaşıb.
İkinci yerdə 1,3 milyard lari (483 milyon dollar) mənfəətlə “TBC Bank”, üçüncü yerdə isə 126 milyon lari (46,8 milyon dollar) xalis mənfəət əldə edən “Liberty Bank” yer alıb.
“HashBank”, “Paysera”, “VTB Bank” və “Silk Bank” 2025-ci ili zərərlə başa vuran banklar sırasında olub.
Qeyd edək ki, Azərbaycanın aparıcı banklarından olan “Paşa Bank” ASC-nin Gürcüstandakı törəmə bankı olan “Paşa Bank” ötən ili təxminən 930 min dollar xalis mənfəətlə başa vurub. “Paşa Bank Gürcüstan”ın mənfəəti 2024-cü illə müqayisədə 65,7% azalıb.
Cədvəldə Gürcüstanda fəaliyyət göstərən bankların 2025-ci ildəki xalis mənfəəti yer alıb:

Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 22 bankın 2025-ci il üzrə xalis mənfəəti 1 milyard 161,6 milyon manat (683,4 milyon dollar), Ermənistanda fəaliyyət göstərən 17 bankın 2025-ci il üzrə xalis mənfəəti isə 421 milyard dram (1 milyard 126,2 milyon dollar) olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“PAŞA Bank Gürcüstan”ın məcmu aktivləri azalıb
16 Oktyabr 2025 15:56
“PAŞA Bank Gürcüstan”ın xalis mənfəəti 7 dəfədən çox azalıb
21 Oktyabr 2025 13:27
Gürcüstan turizmdən rekord gəlir əldə etdi
20 Yanvar 2025 21:11
Bank qarantiyalarını “PAŞA Bank”dan endirimlə əldə edin!
18 Noyabr 2024 11:23
Baxış sayı:68
Bu xəbər 28 Yanvar 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















