Icma.az
close
up
RU
PAŞA Bank IPO çərçivəsində investorlarla görüş keçirib

PAŞA Bank IPO çərçivəsində investorlarla görüş keçirib

Banco.az saytına istinadən Icma.az xəbər verir.

PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində investorlar və bazar iştirakçıları ilə görüş keçirib.

Görüşdə PAŞA Bank-ın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyev, PAŞA Bank-ın baş maliyyə inzibatçısı Murad Süleymanov, EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev, Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və PAŞA Kapital-ın baş əməliyyat inzibatçısı Elnur Fətullayev iştirak ediblər.

23 aprel 2026-cı il tarixində baş tutan tədbir zamanı Nağıyev bildirib ki, IPO investorlar üçün yeni imkanlar yaradır və bazarda şəffaflığı artırır.

“İctimai bazara çıxış korporativ idarəetmə standartlarımızın daha da möhkəmlənməsinə və investorlarla münasibətlərin yeni mərhələyə keçməsinə şərait yaradır. Biz uzunmüddətli dəyər yaratmağa fokuslanaraq bütün maraqlı tərəflər üçün davamlı inkişaf təmin etməyi hədəfləyirik,”- deyə, Nağıyev qeyd edib.Tədbir çərçivəsində keçirilən panel müzakirəsində IPO-nun kapital bazarına təsiri, infrastrukturun hazırlıq səviyyəsi və investorlar üçün açılan imkanlar müzakirə olunub. Eyni zamanda, abunə kampaniyasının gedişi, rəqəmsal kanalların hazırlığı, xarici investorların cəlb olunması, hesablaşma və uçot sistemlərinin inkişafı, eləcə də bazarın gələcək perspektivləri diqqət mərkəzində olub.PAŞA Bank 13 aprel 2026-cı il tarixində IPO çərçivəsində səhmlərinin abunə yazılışına start verdi. Abunə yazılışı 12 may 2026-cı il tarixinədək davam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://banco.az
archiveBu xəbər 23 Aprel 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri