Icma.az
close
up
RU
“PAŞA Bank” yerli bazarda iri həcmli sindikat krediti təqdim etdi

“PAŞA Bank” yerli bazarda iri həcmli sindikat krediti təqdim etdi

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" yerli bazarda mühüm bir sindikat kredit əqdi bağlayıb. 16.3 milyon AZN məbləğində olan bu kredit əqdi yerli tənzimləyici tələblərə uyğun və beynəlxalq standartlara əsasən (LMA standartları) təşkil edilib.

"PAŞA Bank", təşkilatçı bank qismində çıxış edərək, digər maliyyə institutların iştirakı ilə sindikat kredit vəsaitlərini iqtisadiyyatımızın real sektorunda fəaliyyət göstərən iki şirkətə - "AZƏRMAŞ" ASC və "İRŞAD Electronics" MMC-yə ayırıb. 

Bu əqd, Azərbaycan bazarı üçün mühüm yenilik olmaqla yanaşı, yerli maliyyə sektorunun inkişafında böyük bir addımdır. 

"PAŞA Bank"ın idarə heyətinin sədri Cavid Quliyev bu nailiyyəti belə şərh edib:

"Maliyyə resurslarının əlçatanlığı istənilən biznesin inkişafında əsas amillərdən biridir. Bugünə qədər "PAŞA Bank" alternativ maliyyələşmə və investisiyaların cəlb edilməsi sahəsində bir çox maarifləndirici təşəbbüslər həyata keçirib. Təkcə 2024-cü ildə Bank “Azərbaycanda sindikat kreditləşmə” və “Azərbaycanda alternativ investisiyalarla tanışlıq" adlı tədbirlərə ev sahibliyi edib. Məqsədimiz, yerli maliyyə sektoru ilə investorlar və bizneslər arasında əməkdaşlıq platforması yaratmaqdır.  

Ən sərfəli kredit üçün müraciət et

Bu təşəbbüslərin məntiqi davamı olaraq, yeni beynəlxalq standartlar və müəyyən edilmiş qanunvericilik normalarına uyğun olaraq, bu uğurlu addım atılıb. Əvvəllər kredit məhsullarımızın əsasını ənənəvi maliyyələşmə növləri təşkil edirdisə, indi biz imkanlarımızı şaxələndirərək, korporativ müştərilər və KOS üçün sindikatlaşdırılmış kreditlər cəlb etmək imkanını təqdim edirik. 

Bu gün qürur hissi ilə qeyd etmək istəyirəm ki, həyata keçirilən bu əqd, fəaliyyətimizin bu istiqamətdə ilk bəhrəsidir və Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə mühüm töhfə verəcəkdir", - deyə, C. Quliyev vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://banco.az
archiveBu xəbər 06 Yanvar 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see275

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see242

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see234

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see228

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see220

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see198

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see189

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see185

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see166

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see155

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see155

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see155

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see154

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see151

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri