PAŞA Holdinq növbəti 5 ildə regionda innovasiyaların gələcəyini formalaşdırmağı planlaşdırır
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
"PAŞA Holdinq" növbəti beş ildə regionda innovasiyaların gələcəyini formalaşdırmağı planlaşdırır.
Missiya.Az xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş direktoru Cəlal Qasımov holdinqin təşkil etdiyi 5-ci "INMerge" innovasiya sammitinin açılış mərasimində bildirib.
"Bu gün "InMerge" Mərkəzi Avrasiya və onun hüdudlarından kənarda sahibkarları, investorları və liderləri bir araya gətirən hərəkatdır. Növbəti beş il üçün bizim missiyamız aydın olaraq qalır: ideyalar irəli sürmək, əlaqələr qurmaq və regionda innovasiyaların gələcəyini formalaşdırmaq. Lakin unutmayaq ki, innovasiyaların ən güclü forması öyrənməkdən başlayır. Biz daimi inkişaf mədəniyyətini formalaşdırdığımız, marağı, təvazökarlığı və özümüzə meydan oxumaq cəsarətini təşviq etdiyimiz zaman, təkcə gələcəyə hazırlaşmırıq - biz onu yaradırıq", - C.Qasımov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 29 Sentyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















