Icma.az
close
up
RU
“Paşa Kapital”da kəskin eniş davam edir

“Paşa Kapital”da kəskin eniş davam edir

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar–iyul aylarında “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında daxili birja dövriyyəsi 8 milyard 566 milyon manat təşkil edib.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18 milyard 36 milyon manat və ya 67,8% azdır.

Belə ki, ötən ilin yanvar–iyul aylarında şirkətin birja dövriyyəsi 26 milyard 602 milyon manat olmuşdu. Beləliklə, “Paşa Kapital”ın birja dövriyyəsi 3,1 dəfə azalıb. Pepperoni pizza

Bununla yanaşı, şirkətin həyata keçirdiyi əməliyyatların sayı 4 660-dan 43 817-yə yüksələrək 9,4 dəfə artıb. Bir əməliyyata düşən orta məbləğ isə 5,7 milyon manatdan 195,5 min manata enib.

Dövriyyədəki azalmanın əsas hissəsi repo bazarının payına düşüb. “Paşa Kapital”ın repo əməliyyatları 21 milyard 747,5 milyon manatdan 7 milyard 28,6 milyon manata düşüb. Beləliklə, repo dövriyyəsi 14 milyard 718,9 milyon manat və ya 67,7% azalıb.

Dövlət istiqrazları üzrə əməliyyatlar 3 milyard 244,8 milyon manatdan 613,1 milyon manata enərək 81,1%, korporativ istiqrazlar üzrə dövriyyə 989,6 milyon manatdan 505,5 milyon manata düşərək 48,9%, ARMB qiymətli kağızları üzrə əməliyyatlar isə 616 milyon manatdan 319 milyon manata azalaraq 48,2% geriləyib.

Əks dinamika səhmlər üzrə qeydə alınıb. Şirkətin səhm bazarındakı dövriyyəsi 4,5 milyon manatdan 99,8 milyon manata yüksələrək təxminən 22 dəfə artıb.

Rəqəmlərin müqayisəsi göstərir ki, “Paşa Kapital”ın ümumi birja dövriyyəsindəki kəskin azalmanın əsas mənbəyi repo və dövlət istiqrazları üzrə əməliyyatların azalması olub. Əqdlərin sayı kəskin artsa da, onların orta həcmi əhəmiyyətli dərəcədə kiçilib. Qeyd edək ki, “Paşa Kapital” 2025-ci ili müsbət maliyyə nəticələri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 Avqust 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri