Icma.az
close
up
RU
“PAŞA Maliyyə Holdinqi”nə təyinat olub

“PAŞA Maliyyə Holdinqi”nə təyinat olub

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“PASHA Bank Georgia”nın sabiq baş icraçı direktoru Ramil İmamov “PAŞA Maliyyə Holdinqi” MMC-də (PASHA Financial Holding) Baş icraçı direktorun müşaviri vəzifəsinə təyin edilib.

"AzPolitika" xəbər verir ki, Ramil İmamov 2023-cü ilin oktyabrından “PASHA Bank Georgia”ya rəhbərlik edib. Onun rəhbərliyi dövründə bankın maliyyə göstəricilərində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2024-cü ilin sonunda bankın aktivləri 33% artaraq 707 milyon lariyə, kredit portfeli 28% artaraq 438 milyon lariyə, depozit portfeli isə 36% artaraq 394 milyon lariyə çatıb. Bank həmin il 8.3 milyon lari xalis mənfəət əldə edib.

İmamov bank sektorunda fəaliyyətinə “Bank of Baku”da Mikro maliyyələşdirmə və ipoteka bölməsində mütəxəssis kimi başlayıb. Daha sonra “Bank Respublika”da filial rəhbəri kimi çalışıb.

2014-cü ildə “Kapital Bank”a keçən Ramil İmamov burada Filial şəbəkəsinin idarə edilməsi departamentinin direktoru vəzifəsini tutub. 2018-ci ildə isə bankın Baş pərakəndə satış direktoru təyin edilib və bu vəzifədə satış strategiyalarına və bir sıra pərakəndə bankçılıq istiqamətlərinə rəhbərlik edib. 2018-2023-cü illərdə “Birkart BOKT” MMC-nin Müşahidə Şurasının sədri olub.

İmamov iqtisadi tənzimləmə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb.

“PAŞA Maliyyə Holdinqi” barədə

Ramil İmamovun yeni iş yeri olan “PAŞA Maliyyə Holdinqi” “PASHA Holding” MMC-nin maliyyə bizneslərini vahid idarəetmə altında birləşdirən strukturudur. Holdinq 30 dekabr 2025-ci ildə fəaliyyətə başlayıb.

“PAŞA Maliyyə Holdinqi” MMC-in əsas məqsədi “PASHA Holding”in maliyyə şirkətlərini və bankçılıq, sığorta, fintech və e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir. Onun strukturuna hazırda “PAŞA Bank” ASC, “PASHA Bank Georgia”, “PASHA Bank Türkiye”, Bir ekosistemi (Kapital Bank, Competo və PashaPay), “PAŞA Sığorta” ASC, “PAŞA Həyat Sığorta” ASC və “PASHA Technology” MMC daxildir.

“PAŞA Maliyyə Holdinqi” MMCə Baş icraçı direktor kimi Farid Məmmədov rəhbərlik edir. Yeni strukturun yaradılması PASHA Holding-in maliyyə istiqamətindəki bizneslərini ayrıca sub-vertikal altında toplaması çərçivəsində həyata keçirilib.

Ramil İmamov PASHA Bank Georgia-dan ayrılması ilə bağlı paylaşımında bildirib ki, təxminən üç il ərzində bankın transformasiyasına rəhbərlik etmək onun peşəkar həyatının ən böyük çağırışlarından biri olub. O, bu müddətdə bankın davamlı mənfəət əldə etdiyini və gələcək inkişaf üçün güclü baza formalaşdırdığını qeyd edib.

İmamov paylaşımında PASHA Bank Georgia-nın yeni CEO-su və həmkarı Punhan Narimanova uğurlar arzulayıb. O, bundan sonra yeni çağırışlar, imkanlar və uzunmüddətli təsir yaratmaq üçün yeni mərhələyə başladığını bildirib.(banker.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Avqust 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri