Paşinyan 2022 ci ildə Praqa görüşü öncəsi KTMT tərəfdaşları ilə dialoqun təfərrüatlarını açıqlayıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Praqaya getməzdən öncə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarımıza suveren ərazilərimizə hücum təhlükəsi gördüyümü dedim. Tərəfdaşlar mənə cavab verdilər ki, onlar bunu mümkün hesab etmir və Ermənistanın sərhədləri onlar üçün "qırmızı xəttdir”.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan deyib.
O, daha sonra 2022-ci ilin sentyabrında, eləcə də 2021-ci ilin noyabr və may aylarında baş verən hadisələrdən danışıb:
“Mən açıq şəkildə sizə deyirəm ki, bu hadisələrə verilən reaksiyanı Ermənistana hörmətsizlik hesab etdim və belə qərara gəldim ki, Ermənistan hökuməti ölkəmizin ərazi bütövlüyünü tanımalıdır. 2022-ci il oktyabrın 6-da nələrin baş verdiyini anlamayanlara isə növbəti dəfə söyləmək istəyirəm ki, həmin gün Baş nazir Ermənistanın və qonşu dövlətin ərazi bütövlüyünü tanıyıb. Bu məsələlər isə bir-biri ilə əlaqəlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 May 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















