Icma.az
close
up
RU
Paşinyan ABŞ dən NƏ İSTƏYİRDİ? “Əli ətəyindən uzun qayıtdı”

Paşinyan ABŞ dən NƏ İSTƏYİRDİ? “Əli ətəyindən uzun qayıtdı”

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan yalnız Azərbaycanın dəmir yumruğu işə düşəndə geri çəkilir”.

Bu sözləri Yenicag.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib.

Millət vəkili Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya təcili səfərini şərh edib:

“Ermənistanın siyasi rəhbərliyi öz mövqeyini gücləndirmək üçün müxtəlif ölkələrə səfərlər edir. Paşinyan öncə ABŞ-yə getdi, sonra Fransada Makronla görüşdü, paralel olaraq da Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana getdi. Qısacası, bunlar ciddi cəhdlə güclənməyə çalışırlar. ABŞ prezidenti Tramp onu qəbul etmədiyi üçün əli ətəyindən uzun qayıtdı, amma bütün hallarda nəzərə alaq ki, bunlarda erməni həyasızlığı, erməni sırtıqlığı var. Onlar dayanmadan hər yerə əllərini uzadacaqlar. Dilənçilik, başqalarından yardım istəmək onlar üçün adi haldır. Vaxtilə Rusiyadan hərbi dəstək alıb Qərbdən isə maliyyə dəstəyi alırdı, indi isə Qərbdən hərbi dəstək alır, yeri gələndə də Rusiyadan maliyyə dəstəyi alır. Hazırda onların bu üsulla iqtisadi imkanları müəyyən qədər güclənib”.

E. Musayev qeyd edib ki, Ermənistan ona yardım edən hər ölkəyə ağız açmağa, dilənməyə qadir ölkədir:

“Bəzən deyirlər ki, Ermənistan Qərbyönlü siyasət aparır, bəzən də deyirlər Rusiyayönümlü siyasət aparır. Nəticə olaraq, Ermənistan rəhbərliyi Ermənistana yönəlik siyasət aparmağa çalışır. Onlar həm o tərəfdən istifadə etməyə çalışır, həm də bu tərəfdən. Onlar istənilən vaxt Qərbi də sata bilərlər, istənilən vaxt Rusiyanı və digər müttəfiqlərini də satmağa hazırdırlar. Ona görə də düşünürəm ki, Ermənistanın siyasətinə bu istiqamətdən yanaşmaq lazımdır. Əgər Rusiya bunlara nə isə verəcəksə, təbii ki, Rusiyaya tərəf yönələcəklər. Təbii ki, Ermənistanla Rusiya arasında çox böyük iqtisadi əlaqələr var. Onların arasındakı ticarət dövriyyəsi çox böyükdür”.

Deputat hesab edir ki, Ermənistan Azərbaycanın Rusiya ilə əlaqələrinin gərginləşməsindən maksimum istifadə etməyə çalışır:

“Rusiyanın Azərbaycanla münasibətləri gərginləşibsə, Ermənistan bundan istifadə etməyə çalışacaq. Ermənistan həm Zəngəzur dəhlizinin açılmasıyla bağlı qəti qərar qəbul etməyəcək, həm də sülh müqaviləsinin bağlanmasının vaxtını uzatmağa çalışacaq. 2026-ci ildə Ermənistanda seçkilər keçiriləcək, Paşinyan bu vaxtı seçkilərə qədər uzadacaq. Bununla paralel olaraq da, istər hərbi, istər hərbi baxımdan güclənməyə çalışacaq. Ermənistan yalnız Azərbaycanın dəmir yumruğu işə düşəndə geri çəkilir. Ona görə də biz Ermənistanı sülhə məcbur etmək siyasətini davam etdirməliyik”.

Nurlan Cəfəri

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 12 Fevral 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri