Icma.az
close
up
RU
Paşinyan ABŞ nin tezislərini səsləndirir: Vaşinqton ümumi dəhlizə nəzarət eşqinə düşəcək və...

Paşinyan ABŞ nin tezislərini səsləndirir: Vaşinqton ümumi dəhlizə nəzarət eşqinə düşəcək və...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan "Trump marşrutu"ndan keçid zamanı sərhəd yoxlamasından danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, parlamentdə müxalif deputat Aqnesa Xamoyamın “Ermənistan gömrükçüsü azərbaycanlıların yükünü yoxlayacaqmı” sualını cavablandıran Nikol Paşinyan bildirib ki, "Trump marşrutu"nda elə texnologiya tətbiq ediləcək ki, Ermənistan sərhədçisi azərbaycanlı sərnişinlərin pasportunu görməyəcək. Onun sözlərinə görə, Ermənistanın yurisdiksiyası istənilən vətəndaşlıq və ya millətdən olan insanlara eyni dərəcədə şamil edilən dövlət prinsipidir:

"Bu gün bir çox ölkədə... Britaniyada, Birləşmiş Ştatlarda, Birləşmiş Ərəb Əmirliklərində - bu ölkələrin sərhədçiləri onların ölkələrinə daxil olan şəxslərin pasportlarını yoxlamırlar. O ölkələrə daxil olan şəxslərin pasportlarını mexanizm, cihaz, qurğu yoxlayır".

Baş nazir bu üsulun Azərbaycan-Ermənistan sərhədində də tətbiq ediləcəyini bildirib:

"Biz bu qaydanı Ermənistan-Gürcüstan sərhədində, Ermənistan-Türkiyə sərhədində, Ermənistan-İran sərhədində, hava limanımızda bizim vətəndaşlar üçün, xarici vətəndaşlar üçün də tətbiq etməliyik".

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və Ermənistan razılaşıb ki, Naxçıvanla Azərbaycanın qalan hissəsi ilə nəqliyyat əlaqəsi yaradacaq və Ermənistan üzərindən keçəcək yol Amerika şirkətinə icarəyə veriləcək. Layihənin həyata keçirilməsi üçün ABŞ Ermənistana 145 milyon dollar yardım vəd edib.

Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Paşinyanın açıqlaması Ermənistan Nazirlər Kabinetinin, yaxud onun özünün beyin məhsulu deyil.

Ekspert vurğulayıb ki, böyük ehtimalla Paşinyan bu tezisləri ABŞ-dən alıb:

"Paşinyanın Azərbaycanın buna reaksiyasını öyrənmək üçün bir nəbz kontrolu aparır. Gəlin, ondan başlayaq ki, müasir dövrdə kontaktsız keçid, yəni canlı sərhədçilərlə, məmurlarla fiziki əlaqə, ünsiyyət olmadan xüsusi qurğulardan keçmək yeni kəşf deyil. Uzağa getməyək, adicə pullu yollardan keçən yük avtomobilləri də müvafiq qurğuların içindən keçəndə daşıdığı yükün kimə aid olması, haradan gəldiyi, sürücünün kimliyi sistemə yüklənir”.

Müsahibimiz qeyd edib ki, eyni şəkildə ABŞ-nin, yaxud başqa ölkənin müasir texnologiyası da Zəngəzur dəhlizinə tətbiq edilə bilər. Bununla dəhlizdən keçən avtomobillərin və sərnişinlərin məlumatları sistemə yüklənərək nəzarətdə saxlana bilər:

“Amma digər tərəfdən, fikirləşək görək, bu metod Bakının sərbəst, maneəsiz keçid tələbinə uyğun gəlirmi? Əlbəttə, müharibədə qalib gəlmiş tərəf kimi savaşın durdurulması üçün irəli sürdüyümüz əsas şərtlərdən biri odur ki, Naxçıvana maneəsiz quru yolunun açılması idi. Belə təqdirdə bu yolun ABŞ-Ermənistan tandemi tərəfindən nəzarətdə saxlanması, oradan keçən yüklərin və sərnişinlərin məlumatlarının İrəvan tərəfindən əldə edilməsi Azərbaycanın maraqlarına uyğundurmu?! Təbii k, yox. Çünki necə deyərlər, "biz belə danışmamışdıq".

Fuad Abbasov: Amerika xoşlamadığı bir ölkənin yük maşınlarına çətinliklər yarada bilər

Politoloq hesab edir ki, çox ehtimal, ABŞ öz tezislərini Paşinyanın dilindən səsləndirərək Azərbaycanın buna münasibətini öyrənmək istəyir:

""Tramp yolu"ndan keçəcək yüklərin, maşınların və insanların nəzarətinin ABŞ-də olması və Vaşinqtonun bu yoldan keçəcək logistikanı məhdudlaşdırması nə anlam ifadə edir. Söhbət sadəcə Naxçıvana gediş-gəlişdən getmir, söhbət ümumiyyətlə türk dünyasını birləşdirən bir yoldan, Çindən Avropaya gedəcək Orta Dəhliz Ermənistan vasitəsi ilə ABŞ-nin nəzarətindən gedir. Yəqin ki, Ağ Ev ürəyi istədiyi kimi dəhlizə nəzarət etmək niyyətində olacaq. ABŞ bunu texniki vasitələrlə də həyata keçirə bilər”.

Fuad Abbasov qeyd edib ki, əgər ABŞ bu nəbz yoxlanışında Azərbaycan ciddi reaksiya almazsa, nəticə etibarilə ümumi dəhlizə nəzarət eşqinə düşəcək və bunu reallaşdırmaq üçün əlindən gələni edəcək:

“Kim qarantiya verir ki, ABŞ sabah hansısa yüklərin dəhlizdən keçməsinə bu və ya digər üsullarla qadağa, məhdudiyyət qoymayacaq? Yəni xoşlamadığı bir ölkənin yük maşınlarına çətinliklər yarada bilər. Məlumdur ki, ABŞ Çinin Avropa ilə əlaqəsini arzuedilməz sayır".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri