Icma.az
close
up
RU
Paşinyan arada qalıb Gizli oyun üzə çıxır

Paşinyan arada qalıb Gizli oyun üzə çıxır

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanla Rusiya arasında əlaqələr problemli görünməsinə baxmayaraq strateji müttəfiqlik səviyyəsində qalır. Xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla son görüşündə verilən bəyanatlar bunu bir daha təsdiq edir. Belə ki, Lavrov mətbuat konfransında əlaqələri müsbət qiymətləndirərək Ermənistanın Rusiya üçün vacib bir ortaq olduğunu qeyd edib.

Rəsmən Qərbə inteqrasiya meyilləri göstərsə də Paşinyan hakimiyyəti problemi imitasiya edir. Bununla yanaşı, Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyini söyləmək olar. Sanksiyaların təsirini azaltmaq üçün Ermənistan vasitəsi ilə reeksport edilən malların həcmi rekord səviyyəyə çatıb. Bu proses iki ölkə arasındakı ticarət dövriyyəsinin 12 milyard dolları keçməsi ilə nəticələnib ki, bu da tərəflərin məmnunluğun göstəricisidir.

Ekspertlərin fikrincə bu ticarət dövriyyəsinin kökündə reeksportun dayanması faktı Qərb dövlətlərinə də, Rusiyaya da məlumdur. 2023-cü ilin statistikaları göstərir ki, Rusiya Belarus (52,7%) və Ermənistanın (41,1%) əsas ticarət ortaqlarından biridir. Bu faktlar sözügedən faktiki əməkdaşlıqla üst-üstə düşür.

Reeksport üzərində qurulan bu modelin siyasi tərəfi daha maraqlıdır. Paşinyan və Putin arasındakı siyasi dialoq görünəndən daha çox "gözə kül üfürmə" strategiyasına bənzəyir. Moskva və Yerevan üzdə əsas məsələlərdə problem yaratmış kimi davransa da, pərdəarxası proseslər ticarət və siyasi maraqları qorumaqla nəticələnir.

Paşinyanın üzdə Rusiyanı düşmən kimi təqdim edib, qərblə əlaqələrinin möhkəmlətməyə çalışması Ermənistanın şərq və qərb arasında özəl geosiyasi rola sahib olduğunu nümayiş etdirir. Bu yanaşma, əslində, Rusiyanı Ermənistanla daha yaxın strateji əməkdaşlığa təhrik edir. Ticarət və reeksport üzərində qurulan bu əlaqələrin əsas aktyorları məhz iki ölkənən liderləridir. Bu, tərəflərin iqtisadi və siyasi maraqlarına cavab verir.

Belə  nəticəyə gəlmək olar ki, Ermənistan və Rusiya arasında "problem imitasiyası" sadəcə oyundur. Bu prosesdə əsas rolları oynayan Putin və Paşinyanın məqsədi əslində reallığı gizlədərək həm daxili, həm də xarici ictimai rəyi manipulyasiya etməkdir. Paşinyan bir tərəfdən Qərbin diqqətini çəkərək onun dəstəyini qazanmağa çalışır, digər tərəfdən isə Rusiya ilə strateji tərəfdaşlığını dərinləşdirir. İki ölkə arasındakı bu "problemlər" isə əslində teatr səhnəsinə bənzəyir - məqsəd Rusiya ilə sıx iqtisadi əlaqələrini davam etdirmək, eyni zamanda Qərbin mümkün reaksiyalarını yumşaltmaqdır.

Bu yanaşma Ermənistanın siyasi və iqtisadi maraqlarını qorumaq üçün iki əsas güc arasında balans yaratmağa çalışdığına işarədir. Reeksport məsələsi isə bu prosesin əsas hissəsidir. Rusiya üçün Ermənistan Qərbin sanksiyalarından yayınmaq üçün mühüm tranzit ölkəyə çevrilib və Paşinyan hökuməti bununla bağlı hər hansı ciddi əngəl yaratmır. Əksinə, iqtisadi əlaqələrin genişlənməsi bu ittifaqın davamlılığını göstərir. Paşinyanın və Putinin "oyunu" reallıqda Ermənistanın Rusiyaya olan asılılığını daha da artırır. Bu isə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

İslam
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Yanvar 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri