Icma.az
close
up
RU
Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycanın savaş meydanında aşkar qələbələri və rəsmi Bakının postmüharibə dövründə Ermənistanı sülhə məcbur etmək istiqamətində atdığı davamlı addımlar nəticəsində Ermənistanın Baş naziri Nikol Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə və öz xalqını irqçilik, mllətçilik azarından xilas edərək sülhə hazırlamağa başlayıb. Paşinyanın Ermənistan və Azərbaycan ictimai fikirində oturuşmuş qarşılıqlı etimadsızlıq və stereotiplərlə bağlı səsləndirdiyi fikirlər də onun ilk növbədə öz xalqını yenidən tərbiyələndirmək, "tarixi Ermənistan" miflərini "real Ermənistan" düşüncəsi ilə əvəz etmək niyyətindən irəli gəlir. Məhz bu baxımdan Ermənistan baş nazirinin erməni ictimai şüurunda türklərlə, azərbaycanlılarla bağlı formalaşmış ənənəvi düşmənçilik stereotiplərinin Rusiya tərəfindən, daha konkret desək, keçmiş "KQB" (Dövlət Təhlükəsizliyi Komitəsi) tərəfindən yaradıldığını bildirməsi olduqca əhəmiyyətlidir.
Cəmiyyətdəki qarşılıqlı etimadsızlıq və düşmənçilik münasibətlərinin sovet dövründən qalma təsəvvürlərə əsaslandığını vurğulayan N.Paşinyan tamamilə haqlı olaraq qeyd edib ki, regionda sülh və sabitliyin bərpası üçün köhnə stereotiplərdən, "KQB" agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmaq vacibdir. Ancaq çox təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın Ermənistanın baş nazirinin sözügedən açıqlamasına reaksiyası adekvat deyil. Zaxarova ənənəvi (Lavrov sayağı) toksik ampluasına sadiq qalaraq köhnə "KQB"-nin müdafiəçisi rolunda çıxış edib və hazırda erməni cəmiyyətində kök salmış stereotiplərin "KQB" ilə, sovet ideoloji siyasəti ilə bağlı olmadığını isbat etməyə çalışıb və eyni zamanda, qondarma "erməni soyqırımı"nın "KQB"-nin yaradılmasından çox-çox əvvəl baş verdiyini xüsusi olaraq vurğulayıb.
Rusiyalı diplomatın bu yanaşması sözsüz ki, sağlam və obyektiv yanaşma deyil. Ancaq digər tərəfdən isə nə Mariya Zaxarovadan, nədəki onun "boss"larından istər çar Rusiyası və sovet quruluşunun, istərsə də müasir Rusiyanın Cənubi Qafqazda yürütdüyü ənənəvi "Parçala və hökm sür" siyasəti ilə bağlı obyektiv açıqlama və ya səmimi etiraflar gözləməyimizə dəyməz. Kreml bu cür etiraflara öyrəncəli deyil. Rusiya rəhbərliyi Kremlin tarixən Cənubi Qafqaz xalqları arasında etimadsızlıq və düşmənçilik münasibətlərinni formalaşdırmağa çalışdığını heç vaxt etiraf etməz.
Bu baxımdan biz oturub Kremldən tarixi həqiqətlərin etiraf edilməsini gözləməməliyik. Önəmli olan budur ki, bu gün Ermənistana rəhbərlik edən Nikol Paşinyan nəhayət özünü normal, adekvat düşünən və sülhün əhəmiyyətini başa düşən şəxs kimi aparmağa başlayıb. O, öz xalqını dərindən sevən bir siyasətçi kimi erməniləri tarixi səhvlərdən çəkindirmək, onları yaxşılığa doğru dəyişmək, ağıllandırmaq yolunu tutub. Paşinyan artıq bütün varlığı ilə anlayır ki, regionda sülh içində yaşamaq üçün öz xalqını mifik xəyallardan, tarixi uydurmalardan uzaqlaşdırmalıdır.
Ermənilər üçün ən yaxşı yol xəstə təxəyyüllərdən əl çəkmək və qonşulara qarşı ərazi iddialarına son qoymaq yoludur. Paşinyanın bu həqiqəti dərk etməsi və 44 günlük İkinci Qarabağ müharibəsinin beşinci ildönümü ərəfəsində belə bir mövqe sərgilməsi heç şübhəsiz ki, müsbət haldır. Görünən budur ki, artıq ermənilər arasında Rusiyanın forpostu rolunda çıxış etməyin və Türk dünyasının əleyhinə maşa kimi istifadə olunmağın doğru yol olmadığını dərk edənlərin sayı artmağa başlayıb.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Noyabr 2025 01:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri