Icma.az
close
up
RU
Paşinyan artıq öz tərəfdarlarını belə ƏLƏ SALIR “Past”

Paşinyan artıq öz tərəfdarlarını belə ƏLƏ SALIR “Past”

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Paşinyanın rəhbərlik etdiyi hökumət nə ilə məşğuldur? Yox, söhbət onların yaratdığı və gətirdiyi qlobal fəlakətlərdən getmir. Söhbət “gündəlik məşğuliyyətlərindən” gedir. Bu hökumət, demək olar ki, hər gün vətəndaşların ciblərini boşaltmaqla məşğuldur. Onsuz da ağır vəziyyətdə olan xalq qiymət artımları, vergi basqıları və gündəlik yeni “cib kəsən” təşəbbüslərlə daha da sıxışdırılır.

Yenicag.az- xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Qəzetin analitik məqaləsində qeyd olunur ki, Paşinyanın hökuməti mövcud reallıqları nəzərə almadan Ermənistanda əhalini sıxışdırmağa davam edir, eyni zamanda, xalqı yalnız nağıllarla “qidalandırır”:

“Üstəlik, Paşinyanın “nağılları” da əvvəlki qədər maraqlı deyil. Bir vaxtlar heç olmasa “100 fakt”, 10 milyon ağac əkilməsi, timsah fermaları, “ağıllı tövlələr”, “akademik şəhər”, “Ajapnyak metrosu”, “quru liman” və hətta dünya futbol çempionu olmaq kimi absurd vədlərlə xalqı ovundururdular, amma indi bu vədlər köhnəlib. Ola bilsin ki, bunlar 2021-ci ildə hələ işləyirdi, çünki Paşinyan o vaxt inanılmaz siyasi manipulyasiyalarla, rəsmi məlumatlara görə, 680 min səs toplamış və Ermənistanda “Artsax faciəsi” (Ermənilər Qarabağın itirilməsini belə adlandırır – red) bahasına hakimiyyətdə qalmışdı. Lakin indi nə Paşinyan əvvəlki kimidir, nə də onun “nağılları”. Dünən isə o, inanılmaz bir uğur kimi fəxrlə bildirib ki, guya qanunsuz əmlakın qaytarılması çərçivəsində hansısa şəxsdən 15 illik “Range Rover” müsadirə edilib”.

“Bununla Paşinyan nə demək istəyirdi? O, həqiqətənmi düşünür ki, xalqı o qədər sadədir ki, kimdənsə köhnə bir “Range Rover” alınmasının böyük uğur olduğuna inanacaq? Başa düşürük ki, Paşinyan çıxılmaz vəziyyətdədir, anlayır ki, hakimiyyət əlindən sürüşüb gedir və artıq deyəcək bir sözü yoxdur. Amma bu qədər ucuz populizmin hədəfi kimdir? 2021-ci ildə ona səs verdiyi iddia edilən 680 min insan? Əgər Paşinyan özü də anlayırsa ki, o 680 mindən bu gün cəmi 180 mini güclə qalıbsa (həm də çox səxavətli hesabla və administrativ resurslarla birlikdə), onda bu “şou” kimə hesablanıb? Və əgər hələ də ölkədə Paşinyanın “nağıllarına” inanan bu qədər insan qalıbsa, onları açıq şəkildə ələ salmaq, lağ etmək nəyə xidmət edir? Görünür, 2021-ci il ona öz tərəfdarları haqqında belə aşağılayıcı fikir formalaşdırmağa əsas verib. Çünki Paşinyan açıq-aşkar onları ələ salır, halbuki onun tərəfdarlarının sayı sürətlə azalır”, – deyə məqalədə bildirilir.

Rafi Müslümov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 18 Fevral 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri