Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Paşinyan Azərbaycana təşəkkür edir, Avropada isə susur RƏY

Paşinyan Azərbaycana təşəkkür edir, Avropada isə susur RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan hökuməti bunun qarşılığında hazırda iki ən vacib məsələni həll etməlidir

“Onlardan biri Zəngəzur dəhlizi ilə bağlı işlərin sürətləndirilməsidir. Digəri isə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmasıdır”

Rusiya buğdası yüklənmiş ilk qatarın Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana göndərilməsi çox vacib hadisədir. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. Onun sözlərinə görə, 30 ildən çox müddətdə, Ermənistan və Azərbaycan müstəqil olandan sonra il dəfə olaraq Rusiya buğdası yüklənmiş ilk qatar Ermənistana bu xətt vasitəsilə göndərilib: "Bu gün bu, reallıqdır. Bu, Rusiya buğdası idi. Sonra Qazaxıstan buğdası göndərildi. Biz indi bu xətlə digər yüklərin göndərilməsini müzakirə edirik. Bir müddət əvvəl Azərbaycandan neft məhsullarının Ermənistana bu xətt vasitəsilə göndərilməsi məlumatı yayıldı. Yəni ki, biz, həqiqətən dəyişikliklər haqqında danışırıq. Əlbəttə ki, burada üç lider, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşması vacib rol oynayıb. O zaman faktiki olaraq bu müharibəni dayandırmağa nail olundu və bizim ölkələrimizin birlikdə çalışa bilməsi üçün əsas qoyuldu". Overçuk vurğulayıb ki, hazırda Ermənistan və Azərbaycan birbaşa ikitərəfli rejimdə işləyirlər: "O cümlədən sərhədlə bağlı çalışırlar. Bilirəm ki, həmkarlarım bir-birinə qonaq da gedirlər. Azərbaycanla Ermənistan arasında ticarət başlayır. Neft məhsulları göndərilib. İndi Ermənistandan Azərbaycan ərazisindən keçməklə Rusiyaya hansısa yüklərin göndərilməsindən söhbət gedir". Rusiya Baş nazirinin müavini bütün bunların bu yaxınlara qədər az ehtimal olunan məsələlər olduğunu da söyləyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək məqsədilə Sankt-Peterburqda olarkən sülh prosesinə verdiyi dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib. Paşinyan Putinlə görüşündə bildirib ki, Bakı və İrəvan arasında münasibətlərin normallaşması Rusiya-Ermənistan əlaqələrinin inkişafına müsbət töhfə verəcək: "Vaşinqtonda avqustun 8-də əldə edilən sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açır. Bu, artıq baş verib, çünki qatarlar artıq Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit hərəkət edir". 

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Sherg.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan müxtəlif formalarda Azərbaycana təşəkkür edir. Deputatın sözlərinə görə, Paşinyan Avropa və Qərb görüşlərində bunu etməsə də, Rusiyada Azərbaycandan minnətdarlığını dilə gətirir:

"Ermənistan hökuməti bunun qarşılığında hazırda iki ən vacib məsələni həll etməlidir. Onlardan biri Zəngəzur dəhlizi ilə bağlı işlərin sürətləndirilməsidir. Digəri isə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmasıdır. Gələn ilin iyun ayında Ermənistanda parlament seçkisi keçiriləcək. Ehtimal ki, Paşinyan seçkidə qalib gələndən sonra bu məsələləri həll edəcək və bununla sülh prosesi sürətlənəcək. Əslində, Nikol Paşinyan Avropada özünü daha rahat hiss edir. O, təbiətən də avropalılara yaxındır, onlarla söhbətləri yaxşı alınır. Sadəcə baş verənlər fonunda Paşinyan anladı ki, Avropa ilə əməkdaşlıq etsə də, müqavilələr bağlasa da, onu orada alqışlasalar da, Ermənistanın "quyruğu qapı arasında qalanda" İrəvanı xilas edə bilməyəcəklər. Baş nazir bu həqiqəti öyrənmiş oldu. İndiki məqamda Ermənistanın Rusiyadan asılılığını daha yaxşı dərk etməyə başladı. O baxımdan, Rusiya ilə balanslı siyasət yürütmək qərarına gəldi. Əlavə olaraq, Ermənistan müxalifəti Paşinyanı həmişə Rusiya ilə münasibətləri korlamaqda ittiham edirdi. Bu ittihamlardan xilas olmaq üçün Paşinyan Rusiya ilə əlaqələri normallaşdırmağa, daha doğrusu, belə görüntü yaratmağa meyilləndi". 

Parlament üzvü vurğulayıb ki, Rusiyasız Ermənistan iqtisadiyyatının ayaqda qalması qeyri-mümkündür:

"Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır. Eyni zamanda, TRİİP layihəsi, yəni Zəngəzur dəhlizi istisna olmaqla, Ermənistanın Qazax-İcevan da daxil bütün dəmiryol xətləri Rusiyanın ixtiyarındadır. Ona görə də Paşinyan Rusiyadan xahiş edir ki, alternativ daşımalar üçün bu yolları bərpa etsin. Həmin yolların bərpasına böyük vəsait tələb olunur. Qazax-İcevan dəmiryol xəttinin təxminən 13-15 km.lik hissəsi Azərbaycan ərazisindədir və asanlıqla bərpa oluna bilər. Amma Ermənistan tərəfində bu xəttin yenidən qurulmasına 500 milyon avro vəsait lazımdır. Bu qədər maliyyə İrəvan üçün çox böyükdür. Rusiya bu yolları bərpa edəcəksə, təbii ki, ilk növbədə öz qazancını, uduşunu hesablayacaq. Moskva öz geostrateji və geosiyasi maraqlarını güdəcək. Görünür, Rusiya hələlik buna tələsmir. Çünki dəmiryollarını elə istiqamətdə açmaq istəyir ki, Ermənistanın Rusiyadan asılılığı davam etsin. Nəzərə alaq ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik qalmaqdadır. Düzdür, Düşənbə görüşündən sonra müəyyən qədər yumşalma oldu. Amma Rusiyanın Azərbaycanın tələblərini yerinə yetirməməsi gərginliyin hələ davam edəcəyini deməyə əsas verir. Bunun fonunda Ermənistanın Rusiya ilə yaxınlaşması da təbiidir. Paşinyan hökuməti bundan öz maraqları üçün istifadə edə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri