Icma.az
close
up
RU
Paşinyan Azərbaycana yol xəritəsi təklif etdi

Paşinyan Azərbaycana yol xəritəsi təklif etdi

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Nikol Paşinyan Bakıya birgə şəkildə yol xəritəsi hazırlamağı və bununla paralel olaraq Qarabağ məsələsini bağlamağı təklif edir.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Azərbaycanın Xarici İşlər Nazirliyinin son bəyanatını şərh edib: 

“Deyirəm, gəlin oturaq, tədbirlərin yol xəritəsini hazırlayaq ki, bu mövzunu necə gündəmdən çıxarmağı anlayaq. Mövzunun gündəmdən çıxarılması uzunmüddətli perspektivdə istənilən münaqişə vəziyyətinin istisna olunması deməkdir”.

Paşinyanın sözlərinə görə, bu, həssas mövzudur. Bununla belə o, Qərbi Azərbaycan narrativini qəbul etmir:

“Əgər biz bir-birimizin ərazi bütövlüyünü tanımışıqsa, deməli, bunu tam şəkildə həyata keçirməliyik. Mən yolu belə görürəm”.

Bununla yanaşı, Paşinyan Ermənistandakı müxalif qüvvələrin ritorikasını da tənqid edib. Onlar iddia edirlər ki, Qarabağ məsələsi bağlanmayıb və Qarabağ ermənilərinin qayıtmaq hüququ var:

“Mən Qarabağdan olan bizim insanlara da demişdim ki, onların qayıdışı real deyil. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu, o deməkdir ki, yenidən Qarabağ hərəkatına başlayırıq. Mən isə artıq bildirmişdim ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Qarabağ hərəkatı başa çatıb, onu yenidən diriltmək cəhdləri fayda verməyəcək”.

Baş nazirin fikrincə, əgər erməni tərəfi Qarabağ məsələsinin həll olunmadığını deyirsə, bu, yeni müharibə deməkdir: “Qarabağ məsələsinin davam etdirilməsi yeni müharibə, yeni qurbanlar, yeni əzablar, yeni blokada və onun gözlənilməz nəticələri deməkdir. Kim deyir Qarabağ məsələsi bağlanmayıb, mahiyyət etibarilə belə deyir ki, Ermənistan yeni müharibəyə başlamalıdır”.

Qeyd edək ki, Bakı “Ermənistan-Aİ strateji tərəfdaşlıq” sazişinin yeni mətnindən narazılıq ifadə edib, sənədin sülh prosesinə zidd olduğunu bəyan edib. Azərbaycanın XİN-i sənədə daxil edilmiş “Azərbaycanın hərbi əməliyyatlarından sonra qaçqın vəziyyətinə düşmüş Qarabağ erməniləri” ifadəsini və bu məsələyə İrəvan–Brüssel tərəfdaşlığında prioritet status verilməsini qəbuledilməz hesab edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri