Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıdım
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistanın ərazi bütövlüyünün tanınması üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz ardıcıl olaraq legitimliyə əsaslanan təhlükəsizlik strategiyasını həyata keçiririk. Məhz bu strategiya sülhü mümkün edib”, - o bildirib.
Paşinyanın sözlərinə görə, legitim təhlükəsizlik strategiyası 8 avqust 2025-ci il tarixində sülh sazişinin paraflanması və Vaşinqton sülh bəyannaməsi ilə daha da gücləndirilib:
“Və 2022-ci il oktyabrın 6-da Praqada çox mühüm söhbət oldu və biz məhz burada Almatı bəyannaməsinə arxalandıq və dönüş yarandı: Ermənistan və Azərbaycan Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bəyan etdilər”.
Baş nazir əlavə edib ki, bu, onların bütün strategiyasını dəyişdirən dönüş nöqtəsi oldu.


