Icma.az
close
up
RU
Paşinyan Azərbaycanın tələblərini yerinə yetirmək iqtidarında deyil ŞƏRH EDİLDİ

Paşinyan Azərbaycanın tələblərini yerinə yetirmək iqtidarında deyil ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Ermənistanın davranışları, sülh üzərindən etdiyi imitasiyalar onu qeyd etməyə əsas verirki, 2025-ci ildə sülh sazişi imzalanmayacaqdır. Çünkü Azərbaycanın çox haqlı tələbləri mövcuddur. Yəni sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Azərbaycana olan ərazi iddialarından birdəfəlik əl çəkməlidir". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyəti qarşılıqlı müraciət əsasında dayandırılmalıdır və bu istiqamətdə Ermənistan hər hansı real addım atmaq niyyətində deyil: "Sadəcə olaraq Ermənistan sülhdən çox danışır və bilir ki, Azərbaycanın şərtləri təmin olunmayınca sülh imzalanmayacaqdır. Ermənistan özünün pozitiv imicini formalaşdırmağa çalışır, guya Ermənistan sülh tərəfdarıdır. Sülhün olmadığına görə məsuliyyət Ermənistanın üstünə düşməsin deyə, Ermənistan sülhdən daha intensiv danışır. Amma əslində bütün davranışları ilə sülh sazişinin imzalanmasının qarşısını alır. Regionda kommunikasiyaların açılmasına imkan vermir. Bununla yanaşı iqtisadi lahiyələrin də reallaşdırılmasına imkan vermir, amma bununla bərabər hər zaman sülhdən danışır. Ona görə də hesab edirəm ki, Ermənistan sülh sazişində qeyri-səmimidir və buda nikbin düşünməyə əsas verir".

Politoloq həmçinin bildirib ki, 2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri baş tutacaqdır və hesab edirəm ki, Paşinyan parlament seçkilərinə qədər sülh sazişinə imza atmaqdan çəkinəcəkdir. Birincisi dediyim kimi, sülhün olunması üçün Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir, Paşinyanda Azərbaycanın tələblərini yerinə yetirmək iqtidarında deyil. Onda belə bir siyasi iradəsi yoxdur, hətta Azərbaycanın tələblərini yerinə yetirəcəyi təqdirdə sülh sazişi imzalamaqdan çəkinəcəkdir. Bu baxımdan düşünürəm ki, bütün hallarda Paşinyan çəkinəcəkdir, gözləmə mövqeyi tutacaqdır və hesab edirəm ki, Ermənistanda parlament seçkilərinə qədər hər hansı bir sənədə imza atmayacaqdır. Digər amillər Azərbaycanın şərtlərinə əməl etməməsidə sülh sazişinin imzalanması prosesini əngəlləyir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Mart 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see241

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see225

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see217

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see199

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see151

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see147

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see144

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see137

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see133

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see128

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see127

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri