Paşinyan: Azərbaycanla sərhəddəki istehkamlar sərhəd qoşunlarına təhvil veriləcək
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müstəqillik qazanıldıqdan bəri ilk dəfədir ki, Ermənistandakı bütün sərhəd-keçid məntəqələrinə müstəsna olaraq Ermənistan sərhədçiləri nəzarət edir.
Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması münasibətilə keçirilən təntənəli tədbirdə çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası yaxın vaxtlarda davam etdiriləcək və proses məntiqi müddət ərzində başa çatacaq.
"Biz sərhədlərin delimitasiyası və demarkasiyası haqqında danışarkən, hərbi qulluqçuların öz xidmətlərini daimi dislokasiya yerlərində yerinə yetirmələrini istəyirik. Onlar onilliklər ərzində məlum şərtlər səbəbindən heç də yaxşı olmayan səngərlərdə və mövqelərdə xidmət edirlər", — deyə o əlavə edib.
Baş nazirin sözlərinə görə, Azərbaycanla sərhəddəki güclü istehkamlar və müdafiə qurğuları müəyyən bir məqamda sərhəd qoşunlarına təhvil veriləcək:
"Bu, tam sülh şəraitində baş verəcək. Ermənistan hər gün bu istiqamətdə daha inamla irəliləyir. Ordu hissələrinin deyil, sərhədçilərin dayandığı yerdə təhlükəsizliyə inam daha yüksəkdir. Məhz belə bir əminlik yarandıqda, dövlət sərhədin bu və ya digər hissəsini sərhədçilərə təhvil vermək qərarına gəlir", — deyə Paşinyan bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 Aprel 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















