Paşinyan: Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və bu o deməkdir ki, müharibənin qapısını qətiyyətlə bağlamışıq.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün feysbuk səhifəsində canlı yayımda məlumat verib.
O, mövcud sülhdən imtina etməyin müharibəyə qapı açacağını vurğulayıb:
"Köçəryanın, Karapetyanın və Tsarukyanın rəhbərlik etdiyi qüvvələrin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə yenidən baxmaq siyasəti yürütdüyü açıq şəkildə müəyyən edilib. İndi qeyd etdiyim qüvvələr həmin qapını açmağa çalışırlar və bu, şübhəsiz ki, Ermənistan Respublikasının təhlükəsizliyi üçün ölümcül təhdiddir.
Ən optimist proqnoza sadiq qalsaq belə, sülh müqaviləsinin yenidən nəzərdən keçirilməsi danışıqlar prosesi nəticəsində sonda razılaşdığımız bütün məzmunu dəyişdirmək üçün fürsət yaratmaq deməkdir. Nəzəri olaraq, bu məzmunun yaxşılaşa biləcəyi, eyni zamanda pisləşə biləcəyi düşünülür. Lakin bu məzmunun tamamilə çökməsi ehtimalı daha yüksəkdir".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Mart 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















