Icma.az
close
up
RU
Paşinyan: Azərbaycanla yaxın münasibətə hazırıq:

Paşinyan: Azərbaycanla yaxın münasibətə hazırıq:

Icma.az bildirir, Sfera.az portalına istinadən.

“Biz Azərbaycana Sülh Sazişi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı petisiyanı eyni vaxtda imzalamağı təklif edirik”.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

Baş nazir bildirib ki, təhlükəsizlik insan rifahının əsas amillərindən biridir, ən azı çörəyə bərabərdir:

“Strateji baxımdan təhlükəsizliyin təmin olunmasının yeganə etibarlı təminatı sülhdür. Və qeyd etməkdən məmnunam ki, Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında saziş layihəsi razılaşdırılıb və layihə üzrə saziş üzrə danışıqlar başa çatıb. Bu, o deməkdir ki, biz sazişin imzalanması ilə bağlı müzakirələr mərhələsinə qədəm qoyduq və mən elan etmişəm ki, mən Ermənistan xalqı adından sazişi imzalamağa hazıram”. 

Paşinyan qeyd edib ki, rəsmi səviyyədə Azərbaycan sazişin imzalanmasını iki məsələ ilə əlaqələndirir. Bunlardan birincisi ATƏT-in Minsk Qrupu təşkilatlarının buraxılmasıdır:

“Mən dəfələrlə demişəm ki, bu, Ermənistan Respublikası üçün başadüşülən gündəmdir. Əgər biz Dağlıq Qarabağ münaqişəsinin səhifəsini bağlayırıqsa, münaqişə ilə məşğul olan təşkilatın mövcudluğunun nə mənası var? Lakin ATƏT-in Minsk Qrupu, ən azı de-fakto, daha geniş kontekstə malikdir və biz (yəni Ermənistan) əmin olmaq istəyirik ki, Azərbaycan Minsk qrupunun buraxılmasını Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan ərazisində bağlanması və (onun) Ermənistan Respublikasının suveren ərazisinə keçməsi istiqamətində atılan addım kimi görmür”.

O, iki sənədi eyni anda imzalamağı təklif edib:

“Bu narahatlığı aradan qaldırmaq üçün biz Azərbaycana eyni zamanda sülh sazişini və Minsk Qrupu təşkilatlarının ləğvi ilə bağlı ATƏT-ə ünvanlanmış birgə petisiyanı imzalamağı təklif edirik. Yəni sülh sazişini və ATƏT-in Minsk Qrupu təşkilatlarının ləğvi ilə bağlı birgə petisiyanı masaya qoymaq, həm birinci, həm də ikincini eyni yerdə, eyni vaxtda imzalamaq. Yeri gəlmişkən, bu, rəsmi təklifdir”.

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri