Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanla bir-birimiz üçün yolları tam açmağımız, eyni zamanda, Türkiyə ilə sərhədlərin açılması çox vacibdir və bunun baş verəcəyinə heç bir şübhəm yoxdur.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə brifinqində deyib.
Baş nazir bildirib ki, kommunikasiyaların tam açılması insanların və yüklərin sərbəst hərəkəti, eləcə də ticarətin inkişafı baxımından vacibdir və bu baxımdan müvafiq sahələr üzrə əməkdaşlığa dair müqavilələrin bağlanması lazım gələcək.
"Məsələn, nəqliyyat sahəsində biz artıq bu gün hər hansı ayrıca saziş olmadan əməkdaşlıq edirik. Əlbəttə ki, yolları bir-birimiz üçün tam açmağımız, eyni zamanda, Türkiyə ilə sərhədin açılması son dərəcə vacibdir. Bunun baş verəcəyinə isə mənim heç bir şübhəm yoxdur", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 05 May 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















