Icma.az
close
up
RU
Paşinyan Bakıya gəlir KONKRET

Paşinyan Bakıya gəlir KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Məlumdur ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana səfəri “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Bakıda keçiriləcək sammitini nəzərdə tutur. Paşinyan bununla işarə edir ki, o, sülh gündəminə sadiqdir və prosesi davam etdirməyə israrlıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. O qeyd edib ki, proseslər hazırkı tərzdə davam edərsə, iki ölkə liderlərinin qarşılıqlı səfərləri istisna hal deyil:

“Bu açıqlama, Ermənistandakı parlament seçkiləri öncəsi xarici müşahidəçilərə bir növ işarədir. Hesab edirəm ki, Paşinyanın Azərbaycana səfərlə bağlı səsləndirdiyi fikir olduqca vacib və maraqlı mesajdır. Əminəm ki, sülh gündəliyinə əməl olunarsa, qarşılıqlı hansısa səfərlərin baş tutması sülh prosesinin bir hissəsi ola bilər”.

Politoloq əlavə edib ki, Paşinyan seçki öncəsi xeyli qətiyyətli və özündən əmin görünür:

“Qələbəyə inam, istənilən seçkinin qaydası və ənənəsidir. Paşinyan sammitdə səsləndirdiyi qətiyyətli fikirlərlə öz seçicilərinə ümidverici mesajlar ötürdü. Fikrimcə, Paşinyan və partiyası növbəti ay baş tutacaq parlament seçkilərində ən real favoritdir.

Sammitdə ən diqqətçəkən məqam, Fransa prezidenti Emmanuel Makronun sanki Paşinyandan incimiş kimi görünməsidir. Bu, ənənəvi olmayan görüntüdür. Fransa rəhbərliyi özünü belə göstərməyə çalışır ki, guya onlar Ermənistanı ermənilərdən də çox istəyirlər. Bu situasiya bir növ Paşinyan və Putin arasında “kim birinci Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb?” disskursiyasına bənzəyir”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitinin plenar iclasında çıxışı zamanı 2028-ci ildə Azərbaycana səfər etmək imkanının olacağına ümid etdiyini bildirib.

Paşinyan xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə Ermənistanda keçirilən tədbirdə iştirak edir. O qeyd edib ki, Azərbaycan lideri sammitə məsafədən qoşulub.

Ermənistanın Baş naziri əlavə edib ki, Ermənistan və Azərbaycan Avropa Siyasi Birliyinin sammitlərinə ev sahibliyi məsələsində bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 May 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see409

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see312

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see281

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see235

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see222

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see214

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see178

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see177

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see172

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see171

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see163

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see158

Tramp Hörmüzə görə kompensasiya gözləyir

14 İyul 2026 08:52see154

Bakıda işıq kəsiləcək Bu ərazilərdə

14 İyul 2026 08:53see152

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see150

Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

14 İyul 2026 01:50see148

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see145

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see144

Tramp: İrana zərbələrin davam etməsinə baxmayaraq, razılaşma mümkündür

14 İyul 2026 05:45see143

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri