Icma.az
close
up
RU
Paşinyan Bakıya təkliflərini açıqladı: Gədəbəy, Daşkəsən... VİDEO

Paşinyan Bakıya təkliflərini açıqladı: Gədəbəy, Daşkəsən... VİDEO

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

***09.01. 2024 13:23

Ermənistan Baş naziri Nikol Paşinyan son müzakirələrlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Globalinfo.az Axar.az-a istinadən sözügedən paylaşımı təqdim edir.

Ətraflı videoda:

Paşinyanın paylaşımının tam versiyası:

Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır, bunlardan kənarda Qərbi Azərbaycan yoxdur və ola bilməz, əgər onlar doğrudan da başqa yerə baxmaq istəyirlərsə, Naxçıvanı da Qərbi Azərbaycan saya bilərik;

Qərbi Ermənistan Armavir, Talin və Maralikdir. Bunun xaricində Qərbi Ermənistan yoxdur və ola da bilməz;

Şərqi Ermənistan İcevan, Berd (Tovuzqala), Çəmbərək, Vardenis (Basarkeçər), Cermuk, Goris, Qafan, Nerkin Hand və Nrnadzordur (Nüvədi). Bunun xaricində Şərqi Ermənistan yoxdur və ola da bilməz;

Azərbaycan Ermənistanın qaçqın hüquqları məsələsini “Qərbi Azərbaycan” çətiri altında müzakirə edilməsində israr edir. Qərbi Azərbaycan və buna bənzər şeylərlə aydındır ki, beynəlxalq hüququn subyekti olan Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına almağa və Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışırlar;

Əvvəlki bənddə qeyd olunan hallar kontekstində Ermənistan Respublikasının bacarıqlı orduya malik olmaq hüququnu şübhə altına alaraq, rəsmi Bakı Ermənistan Respublikasına qarşı maneəsiz təcavüz etmək imkanı əldə etməyə çalışır (Ermənistanın sürətlə silahlanmasına Azərbaycanın etirazı nəzərdə tutulur – red.);

Ermənistan Respublikasının regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması təklifi aydındır:

a) qarşılıqlı iddiaları genişləndirməkdən çəkinmək; b) Berkaber-Voskepar (Bibiş-Əskipara) ərazisində aparılan demarkasiya təcrübəsinə və iki ölkənin demarkasiya komissiyalarının birgə işinin qaydalarına əsaslanaraq, demarkasiya prosesini davam etdirmək; c) 90 faiz hazır olan sülh müqaviləsini imzalamaq; d) təkliflərə uyğun olaraq Ermənistan Respublikasının ərazisindən Azərbaycan-Azərbaycan rabitəsi məsələsini və Azərbaycan Respublikasının ərazisindən Ermənistan-Ermənistan əlaqəsi məsələsini də həll edən “Sülh yollarının kəsişməsi” layihəsini həyata keçirmək; e) atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək; f) həbs edilmiş şəxslərin məsələsini hərtərəfli həll etmək; g) itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsinin həlli istiqamətində işləmək; h) beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək; i) Sülh sazişinin müddəalarının tam və səmərəli həyata keçirilməsi üzərində işləmək; j) silahlara qarşılıqlı nəzarət, kvotalar və onlardan istifadəyə məhdudiyyətlər barədə danışıqların aparılması mexanizmini formalaşdırmaq; i) bütövlükdə hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək, sülhün bərqərar olmasından sonra birgə peşəkar ekspert komitəsi yaratmaq; l) ATƏT-in Minsk Qrupunu buraxmaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 04:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri