Paşinyan: Biz nəhayət ki, bu tələdən qurtulduq
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Əgər ermənilər məhv olmaq istəmirlərsə, o zaman Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarmağı dayandırmalıdırlar".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan deyib.
"Biz Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarmağı dayandırmalıyıq. Bu ərazi erməni xalqının rifahı və inkişafı üçün az deyil. Bu gün bizim onlarla yaşayış məntəqəmiz boşdur.
Bu gün biz Ermənistanı "Əsl Ermənistan" ideologiyası ilə idarə edirik. Biz başa düşürük ki, sülh və təhlükəsizlik, ilk növbədə, ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan qonşularla tənzimlənmiş münasibətlərdir", - deyə Nikol Paşinyan qeyd edib.
O, həmçinin bildirib ki, "itirilmiş vətənin qaytarılması, tarixi sərhədlərin bərpası və ədalət" tərəfdarı olan qüvvələr Ermənistanı təhlükəli yola aparır və bunun son nəticəsi dövlətçiliyin itirilməsi ola bilər.
"Biz nəhayət ki, bu tələdən qurtulduq və Ermənistanı yenidən bu istiqamətə aparmaq cəhdləri dövlətimizi və xalqımızı eşafota (Orta əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində ölüm hökmünün və ya alçaldıcı cəzaların icrası üçün ictimai yerlərdə qurulmuş taxta platforma - red.) dəvət etmək deməkdir", - deyə Ermənistan baş naziri vurğulayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 24 Aprel 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















