Paşinyan: Bu, Azərbaycanla münaqişəni yeniləmək anlamına gələcək
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad olmamamalıdır.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində canlı yayımda bildirib.
"Yeni Konstitusiyada Bəyannaməyə istinad olmamalı olduğunu deyəndə mövqeyimi açıq şəkildə ifadə etdim. Niyə? Sadəcə olaraq, Qarabağ hərəkatının davam etməsinin qarşısını almaq zərurətinə əsaslanaraq. Bu gün yeni Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək", - Paşinyan bildirib.
O əlavə edib ki, bu, Qərbi Ermənistan, "dənizdən dənizə Ermənistan" müzakirəsini qəbul etmək deməkdir.
Onun sözlərinə görə, incəlik ondadır ki, bu, praktikada "Qərbi Azərbaycan", "Şərqi Türkiyə" və s. müzakirələri istisna etmək deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















