Icma.az
close
up
RU
Paşinyan bu sazişi siyasi uğur kimi təqdim etməyi planlaşdırır AÇIQLAMA

Paşinyan bu sazişi siyasi uğur kimi təqdim etməyi planlaşdırır AÇIQLAMA

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Düzdür, sülh sazişinin mətni ilə bağlı tərəflər arasında ümumi razılıq əldə olunub. Lakin Ermənistan yaxşı anlayır ki, sazişin müddəalarının razılaşdırılması hələ onun imzalanması demək deyil. Çünki Azərbaycanın haqlı olaraq irəli sürdüyü iki əsas şərt hələ yerinə yetirilməyib. Bu şərtlərdən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, digəri isə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətin edilməsi ilə bağlıdır. Xüsusilə də Konstitusiya dəyişikliyi olmadan imzalanacaq hər hansı sənəd faktiki olaraq əhəmiyyətsiz bir kağız parçasına çevriləcək. Ermənistan isə sülh sazişinin Konstitusiya dəyişikliyi olmadan imzalanmasına çalışır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında gərgin proseslər davam edir. Bir müddət əvvəl Bakı və İrəvan sülh sazişi layihəsi üzrə danışıqların yekunlaşdığını açıqlamışdı. Bu, tezliklə sülh müqaviləsinin imzalanacağına dair gözləntiləri artırsa da, son günlər Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi mütəmadi olaraq pozması sülh danışıqlarını faktiki olaraq çıxılmaz vəziyyətə salır.

Siyasi şərhçi bildirib ki, Baş nazir Nikol Paşinyan qarşıdakı seçkilər ərəfəsində bu sazişi siyasi uğur kimi təqdim etməyi planlaşdırır.

“Bu baxımdan, atəşkəsin pozulması hallarına da məhz bu kontekstdə yanaşmaq lazımdır. Rəsmi İrəvan düşünür ki, bu cür təxribatlar vasitəsilə özünü unudan havadarlarının diqqətini yenidən cəlb edə və Konstitusiya dəyişikliyi olmadan sülh sazişinin imzalanmasının vacibliyi barədə beynəlxalq ictimai rəy formalaşdıra bilər. Başqa sözlə, Ermənistan təxribatlar törədərək, Azərbaycanın cavab tədbirləri fonunda müəyyən Qərb dairələrinin hərəkətə keçəcəyini və Azərbaycana təzyiq göstərəcəyini hesablayır. Görünən odur ki, Ermənistan hələ də İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs çıxarmayıb və Azərbaycanın hər hansı xarici təzyiqə boyun əyəcəyini düşünməkdə davam edir. Lakin bu yanlış yanaşma Ermənistan üçün ciddi fəsadlara səbəb ola bilər. Bunu həm Ermənistan rəhbərliyi, həm də ona havadarlıq edən qüvvələr anlamalıdır. Əks halda, gec ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see672

İsrailin Qəzzaya hava zərbələri: Həlak olan fələstinlilərin sayı artıb

18 Mart 2025 07:08see131

Kişilər evlənəndə niyə kökəlir?

18 Mart 2025 06:20see129

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see128

Amerikalılar Trampın bu qərarlarını dəstəkləyirlər

18 Mart 2025 05:30see125

Ramazanda dondurma yeyin

18 Mart 2025 04:00see123

“iPhone”da yeni bir dövr “iPhone 17 Ultra” gəlir

18 Mart 2025 05:46see121

Yalnız qəhvə və şərabla qidalanan dünyanın ən yaşlı pişiyi

18 Mart 2025 07:03see121

Rozmarinin qorxulu xəstəliyə qarşı FAYDASI

18 Mart 2025 07:31see121

Çin Sədri ABŞ yə səfər edəcək

18 Mart 2025 08:34see119

Mançester Yunayted biletin qiymətini qaldıracaq

18 Mart 2025 08:00see118

Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi

18 Mart 2025 02:33see116

Pulsuz yaşamaq: Borc yığmamaq üçün ən yaxşı strategiyalar

18 Mart 2025 07:31see115

Trump, Baydenin uşaqları üçün Məxfi Xidmətin mühafizəsini ləğv edir

18 Mart 2025 08:00see114

Uşağa nar vermək təhlükəsizdirmi?

18 Mart 2025 08:04see114

Bakı üçün yazılan məktub rezonans doğurdu: İsraildən gözlənilməz qərar

18 Mart 2025 05:30see112

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub

18 Mart 2025 12:20see112

ABŞ onların həbsi üçün 6 milyon dollar ödədi

18 Mart 2025 05:30see112

ABŞ da binanın üzərinə ildırım düşdü VİDEO

18 Mart 2025 05:31see109

İsrailin Suriyaya endirdiyi zərbələr nəticəsində 3 nəfər həlak olub

18 Mart 2025 02:45see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri