Icma.az
close
up
RU
Paşinyan ABŞ dən nə istəyir? AÇIQLAMA

Paşinyan ABŞ dən nə istəyir? AÇIQLAMA

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda "Ermənistanı Xilas Et" təşkilatının üzvləri ilə görüşüb. O bildirib ki, Cənubi Qafqazda sülhün əldə edilməsinin ABŞ siyasi elitasının prioritetləri sırasına daxil edilməsi çox vacib olardı. Həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hələ 2 il də yubanacağı güman edilir. Bəs Ermənistanın ABŞ ilə yaxınlaşma cəhdləri sülh prosesini müəyyən qədər sürətləndirə bilər?

Mövzu ilə əlaqədar politoloq İlyas Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Paşinyan Amerika Birləşmiş Ştatları ilə münasibətləri daha da yaxınlaşdırmaq siyasi kursunu güdür:

“Amma xüsusilə nəzərəçarpan məqam odur ki, demokratların dövründə ABŞ-Ermənistan münasibətlərində irəliləyiş hiss olunurdu. Xüsusilə bu, 2022-ci ilin sonundan aydın şəkildə özünü göstərirdi. ABŞ Konqresində, Senatında, Dövlət Departamentində ölkəmiz əleyhinə müəyyən fikirlər formalaşdırılırdı. Hazırkı reallıqlar tamamilə başqa prosesləri özündə əks etdirir. Donald Tramp praqmatik siyasətçidir. O, Cənubi Qafqazda Azərbaycanın yerini və rolunu aydın şəkildə analiz etməlidir. ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın tez-tələsik imzalanması da demokratların dövründə baş verib. Hazırda isə imzalanan xartiyanın tətbiqi üzərində Ermənistan cəhdlər edir və bu xüsusda Paşinyan Vaşinqtonda görüşlər keçirilir”.

Politoloq hesab edir ki, Paşinyanın qeyd etdiyi iki il ərzində sülh müqaviləsinin yubanması Avropa İttifaqının Ermənistan ərazisində olan müddətinin uzadılması ilə birbaşa əlaqəlidir:

“Çünki 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi razılaşdırılıb. Açıq qalan iki maddədən biri məhz Azərbaycan və Ermənistan sərhədində üçüncü dövlətlərə aid qüvvələrin geri çəkilməsini ehtiva edir. Bu da birbaşa olaraq Avropa İttifaqının mülki missiyası ilə bağlıdır. Bu missiya qeyri-qanuni fəaliyyət göstərir. Amma bu missiyanın müddətinin iki il uzadılması da onu deməyə əsas verir ki, bölgədəki problemlərin qalıcılığı ilə yanaşı, bu missiyanın özünün mövcudluğu həm də sülh müqaviləsinin iki il ərzində imzalanmasını məhdudlaşdırır. Hesab edirəm ki, Paşinyan bu fikirləri söyləyəndə məhz Avropa İttifaqının mülki missiyasını nəzərdən keçirib. Amma digər tərəfdən ATƏT-in Minsk qrupunun buraxılması və eləcə də Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi məsələləri də Ermənistan sürətləndirməlidir”.

İ.Hüseynov əlavə edib ki, Paşinyan ABŞ siyasi elitasının prioritetləri arasında Cənubi Qafqazdakı sülh məsələsinin öndə dayanmasına çalışır:

“Amma burada da erməni maraqlarının təmsilçiliyi, erməni mərkəzli siyasətin yürüdülməsi tamamilə yolverilməzdir. Balanslı prioritet əsasında reallıqların qəbul edilməsi ilə yeni geosiyasi mühit kontekstində bütün məsələlər öz həllini tapmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Fevral 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see503

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see271

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see266

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see248

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see242

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see239

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see231

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see225

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see222

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see218

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see211

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see206

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see203

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see203

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see195

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see191

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see188

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see183

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see179

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri