Icma.az
close
up
RU
Paşinyan buna görə Rusiya ilə əlaqələri tamamilə kəsəcək Putini yıxan açıqlama...

Paşinyan buna görə Rusiya ilə əlaqələri tamamilə kəsəcək Putini yıxan açıqlama...

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlaması regiondakı siyasi gündəmə bomba kimi düşüb.

Yenisabah.az xəbər verir ki,  Paşinyan KTMT-dən  (Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı-red.) çıxmaq ehtimalını Ermənistanın bu qurumdakı üzvlüyünü ləğv etmək ehtimalından daha yüksək qiymətləndirib.

Siyasətçilərin fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar "Ermənistan ərazisi üçüncü bir ölkəyə qarşı istifadə edilə bilməz" kimi cəsarətli və dolayısı ilə Rusiyanı hədəfə alan bəyanatlarla çıxış edir. Bu mövqe, əslində, KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) münasibətdə artıq siyasi xəttin dəyişdiyini nümayiş etdirir. Paşinyanın KTMT ilə əlaqələri “dondurmaq” qərarına gəlməsi təsadüfi deyil – bu, Ermənistanın 2020 və 2022-ci illərdə Azərbaycanla yaşadığı hərbi toqquşmalarda təşkilatdan dəstək görməməsinin nəticəsidir. Halbuki, həmin dövrdə Ermənistan KTMT-dən öz maraqları naminə hərbi müdaxilə gözləyirdi. Pepperoni pizza

Əslində isə vəziyyət paradoksaldır: Azərbaycan yalnız öz ərazilərini işğaldan azad etmişdi və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə müdaxilə etməmişdi. Belə olan halda, KTMT-nin münaqişəyə müdaxilə etməməsi həm hüquqi, həm də siyasi baxımdan əsaslı idi. Bu vəziyyət Azərbaycanın diplomatik uğurunu və regional nüfuzunu bir daha ortaya qoydu. Nəticədə KTMT daxilində Ermənistanın cəhdləri uğursuz nəticələndi və Paşinyan isə bu təşkilatdan uzaqlaşmaq məcburiyyətində qaldı.

Buna baxmayaraq, Kremlin Ermənistanla bağlı gözləntiləri hələ də qalır. Rusiya tərəfi Paşinyanın KTMT-yə qayıdacağına ümid edir. Lakin Nikol Paşinyan bu məsələdə hələ də qəti qərar verməyə nə siyasi iradə, nə də risk almaq cəsarəti göstərə bilir. Əgər Ermənistan KTMT-dən tam çıxmaq qərarını versə, bu, domino effekti yarada bilər. Növbəti addım olaraq, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi də İrəvana təzyiq göstərə və Ermənistanın bu qurumdan da çıxmasını tələb edə bilər. Bu isə artıq Ermənistanın Moskva orbitindən kənara çıxması və tamamilə Qərbə inteqrasiya etməsi anlamına gələcək ki, Paşinyan hələ ki, bu qədər irəli getməyə hazır deyil.

Aytac Əliyeva 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri