Icma.az
close
up
RU
Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk təması onun hakimiyyətə gəlməsindən sonra, 2018-ci ilin sentyabrında Düşənbədə olub və o zaman Prezident məsələni həll etməli olduqlarını bildirib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.

C.Bayramov qeyd edib ki, Nikol Paşinyanın mövqeyi isə kifayət qədər konstruktiv olub və "mən hakimiyyətə yeni gəlmişəm, münaqişənin həlli üçün lazımi addımları atacam" deyib.

"Cənab Prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması barədə tapşırıq verir. Nikol Paşinyanla ölkələr arasında bir qaynar xəttin təşkilinə razılıq əldə olunur və bu xətt formalaşdırılır ki, hər hansısa gərginlik olduqda dərhal tərəflər sabitliyi təmin etmək üçün addım atırlar".

C.Bayramov əlavə edib ki, həmin görüşdən bir müddət sonra Paşinyan mövqeyini dəyişir:

"Hətta münaqişənin həlli yönündə addım atacağı təqdirdə onu öldürəcəklərini deyir. "Siz istəyirsiniz ki, məni öldürsünlər" deyir. Cənab Prezident isə bildirir ki, biz heç kimin ölməsini istəmirik".

Nazir xatırladıb ki, sonradan 2019-cu ildə Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini işlədir.

"2020-ci il iyulun 10-da Ermənistanın yeni Milli Təhlükəsizlik konsepsiyası hazırlanır və Birinci Qarabağ müharibəsinin nəticələrinin möhkəmləndirilməsi həmin konsepsiyaya əlavə edilir. Daha sonra Polad Həşimovun qətlində iştirak edən hərbçilərin təltif olunması həyata keçirilir. Bunların hamısı qırmızı xəttin keçilməsi idi. Daha sonra belə bir ifadə işlədilir ki, Azərbaycan qondarma Dağlıq Qarabağ Respublikasının üzvləri ilə danışıqlar aparmalıdır. Bu isə həmin vaxta qədər olan bütün danışıqlar sisteminin darmadağın edilməsi idi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Noyabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri