Paşinyan da Suriyaya adam göndərdi “Qonşularla münasibətləri normallaşdırmaq vacibdir...”
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Dəməşqdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyanın xarici işlər naziri Əsəd Əl-Şaybani ilə görüşüb.
“AzPolitika” Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kostanyan Ermənistan hökumətinin Suriya tərəfi ilə ikitərəfli münasibətləri inkişaf etdirmək öhdəliyini çatdırıb.
Vahan Kostanyan Ermənistan tərəfinin Suriyada prioritet hesab edilən humanitar və islahatların həyata keçirilməsi sahələrini, eləcə də müxtəlif digər proqramları dəstəkləməyə hazır olduğunu təsdiqləyib.
Rəsmi açıqlamada hər iki tərəf Ermənistan və Suriya xalqları arasında möhkəm tarixi əlaqələrin olduğunu vurğulayıblar. Həmsöhbətlər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıb, qonşularla münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıblar.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 27 Yanvar 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















