Icma.az
close
up
RU
Paşinyan dəhlizə hə dedi Türkiyə Amerika planı işə düşür

Paşinyan dəhlizə hə dedi Türkiyə Amerika planı işə düşür

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paşinyan Türkiyə-Amerika planına “hə” dedi: dəhliz investisiya adı altında açılacaq.

"Unikal" xəbər verir ki, erməni jurnalist və politoloq Boris Tamoyan belə bir başlıqlı məqalə ilə çıxış edib. 

Onun sözlərinə görə, dünənki mətbuat konfransında Nikol Paşinyan əmin edib ki, onun hökuməti heç vaxt Ermənistan ərazisindən keçən və Ermənistanın nəzarəti altında olmayan yolu müzakirə etməyib və müzakirə etməyəcək: "İlk baxışdan səslənən fikir milli maraqların qorunmasını açıq şəkildə ifadə edir. Lakin eyni mətbuat konfransının davamı tamam başqa mesajı nəzərdə tutur: Baş nazir, deyəsən, investisiya proqramı şəklində dəhliz təmin etmək niyyətini açıqlayaaq, siyasi diqqətə əl atır.

Paşinyan deyib: Ermənistanda yol infrastrukturuna investisiyaların cəlb edilməsi üçün şirkətin yaradılması müzakirə edilir.

Bu, əslində, ictimai narazılığı alovlandırmamaq üçün müxtəlif sözlərlə təqdim edilən dəhliz ideyasının özüdür. Bunun sadəcə söz oyunu olmadığını bir neçə gün əvvəl ABŞ səfiri Tom Barakın açıqlamaları şəklində ortaya çıxan diqqətəlayiq məlumatlar da sübut edir.

ABŞ-nin Türkiyədəki səfiri Vaşinqtonun dəhlizə marağını faktiki olaraq ortaya qoyub. Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında nəzərdə tutulan nəqliyyat marşrutunu nəzarətə götürməyi təklif edib ki, bu da uzunmüddətli sülhə töhfə verir.

Danışıqlardan xəbəri olan regional mənbə qəzetə bildirib ki, dəhlizin idarə olunması üçün özəl şirkət yaratmaq ideyasını ilk dəfə Türkiyə təklif edib. Yeri gəlmişkən, bu təklif həm Azərbaycan, həm də Ermənistan tərəfindən bəyənilib.

Bu fonda Paşinyanın “Ermənistan infrastruktura sərmayələri cəlb edəcək şirkətin yaradılmasını müzakirə edir” deməsi artıq sadəcə iqtisadi təşəbbüs kimi səslənmir. Bu, Türkiyə-Amerika layihəsinə de-fakto bəli deməkdir, onun vasitəsilə Ermənistan ərazisi üzərində xarici (əsasən Qərb, xüsusən də Amerika) nəzarəti bərqərar etməyə cəhd ediləcək.

Əsas məqsəd Ermənistan ərazisindən “dəhliz” sözünü işlətmədən dəhliz təmin etməkdir. İcarəyə və investisiyalara dair danışıqlar isə sadəcə yumşaq bir örtükdür. İctimai rəyi elə hazırlayırlar ki, dəhliz yoxdur, biznes var, inkişaf var. Reallıqda isə bəzi hissələrə nəzarət amerikalılara, ola bilsin ki, türklərə veriləcək.

Paşinyanın mətbuat konfransı isə bütün başqa mövzuları bir kənara qoyaraq, ictimai, rəsmi şəxsin bu proqrama “hə” demək və ya onun başlandığını elan etmək addımı idi".

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 İyul 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri